Binəqədi Rayon İcra Hakimiyyətində "ASAN Könüllüləri Gənclər Təşkilatı" İctimai Birliyinin üzvləri ilə görüş keçirilib.
İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov görüş zamanı gənclərə başladıqları işdə uğurlar arzulayıb.
RİH başçısı Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışıb, gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirib.
X.İsgəndərov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış "ASAN xidmət" mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğunu vurğulayıb.
Çıxışda dekabr ayının 16-da ASAN Könüllülərinin I Ümumrespublika Forumunun keçirilməsi və Prezident İlham Əliyevin tədbirdəki çıxışının öz ictimai məsuliyyətini dərk edən gənclərdən ibarət könüllülərin fəaliyyətinə güclü stimul yaratdığı xüsusi qeyd edilib.
Görüşdə çıxış edən "ASAN xidmət" mərkəzinin İnsan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev "ASAN Könüllüləri"nin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçəcəyi iş təcrübəsini yerli icra hakimiyyətləri ilə ilk əməkdaşlıq olduğunu bildirib.
Görüşdən sonra könüllü gənclər Binəqədi RİH başçısı Aparatının və YAP Binəqədi rayon təşkilatının inzibati binaları ilə tanış olublar.
Yanvar ayının 21-dən etibarən 13 nəfər gəncdən ibarət "ASAN könüllüləri" Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıb, onlar peşə istiqamətlərinə uyğun olaraq aidiyyəti şöbələr üzrə bölüşdürülüblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
"ASAN könüllüləri" Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıblar - FOTO
22 Yanvar 2015 14:54
Baxış: 1 396
DİGƏR XƏBƏRLƏR
- Piştaxtadakı toyuqlar niyə fərqli qiymətə satılır? - VİDEO
- Şəhərin mərkəzində olan bina təhlükədə – Sakinlər NARAHATDIR - VİDEO
- Günün qoroskopu: bir sıra məqamlara aydınlıq gətirin
- "Kişilər yalnız dəfn olunanda qadın bilir ki, əri hara gedib" - VİDEO
- Bu şəxsin yerini deyənə 2000 manat veriləcək - VİDEO
- Bakıda oteldə zəhərlənərək ölən 26 yaşlı Kənanın GÖRÜNTÜSÜ - VİDEO
XƏBƏR LENTİ
- Ulu Öndərin amalları ilə bərqərar olan qüdrətli Azərbaycan tarixin ən güclü dövrünü yaşayır - Azər Qarayev
- Azərbaycan QHT-ləri ilk dəfə Afrikada ağacəkmə aksiyasında iştirak edib - FOTO
- Dünyanın ən yaxşı futbolçusu adına 20 namizəd
- Azərbaycan və Ermənistan sərhəddə minalardan təmizləmə işləri aparır - Nazir
- Prezident və birinci xanım Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
- Şahzadə Harrinin jurnalistin sualına cavabı hər kəsi təəccübləndirdi
- İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar
- Paşinyanın impiçmenti mümkündür?
- Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər
- “Həyat yoldaşım şəkli ekranlarda gəzəcək kişilərdən deyil” – VİDEO
- Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO
- Bərdədə qadın küçədə bıçaqlandı
- Musa Qurbanlının qiyməti açıqlandı - 10 milyon?
- Tarixin 6 ən məşhur qadın mafiyası və törətdikləri cinayətləri - FOTO
- Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər
- TƏBİB-in tabeliyindəki bu mərkəz ləğv edildi
- Hadisenin əri qızıllarını geri istədi – MƏHKƏMƏ DETALLARI - FOTO
- Bakıdakı qətlin DETALLARI: Övladlarının gözləri önündə etmədiyi qalmadı
- Gənc futbolçudan ACI XƏBƏR - Həyatını itirdi
- Eurovision”da İsrailin təmsilçisi ilə bağlı qalmaqal
- Almatıda nazirlərin görüşü başladı - YENİLƏNİB
- Şəhriyardan Afaq və Turala cavab
- Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib - FOTO
- AFFA-dan dava düşən oyunla bağlı cəzalar