Azərbaycanda benzinin qiyməti qalxıb.
Tarif Şurasından Trend-ə bildiriblər ki, 12 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılmışdır.
Məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yarasız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulmuşdur.
Yol vergisinin yanacağın qiymətinə daxil edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur.
Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilmiş və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilmişdir.
Qərar 13 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcəkdir. Qərarın tam mətni Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilmişdir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda benzinin və dizelin qiyməti qalxdı
12 Yanvar 2015 22:47
31 Şərh
Baxış: 23 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİGƏR XƏBƏRLƏR
-
Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Daha çox risk altındadır
-
Bəyin dostlarının zarafatı müzakirə yaratdı - Toyda "YAS QURDULAR" - VİDEO
-
Mahnurə Əliyeva vəfat etdi
-
Liftdə "silahlı zarafat" - Gənc oğlan "o dünyalıq" oldu - VİDEO
-
Sevgilisinin xəyanət etdiyi qıza hücum ETDİ: Görün nə hala saldı - VİDEO
-
XƏBƏRDARLIQ: Aprelin sonuna qədər davam edəcək
XƏBƏR LENTİ
-
Mərhum Xalq artistinin rəqsi gündəm oldu - VİDEO
-
Hava ilə bağlı XƏBƏRDARLIQ: Temperatur kəskin enəcək
-
Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Daha çox risk altındadır
-
“Özlərini elə aparırdılar ki, guya bunlar Çakırdı, Polatdır..”
-
Ürəyi qoruyub, stressi azaldan ÇAY
-
Türkiyə bu görüntü ilə "ÇALXALANIR"
-
"Hyundai" "Vito" ilə toqquşdu
-
"Bir xalq öz hüquqlarından məhrum edilə bilməz"
-
27 milyard dollara yeni şəhər salınır
-
91 yaşında ilk dəfə baba oldu
-
Hüseyn Dərya ilə İlhamə Quliyevanın illər öncəki müsahibəsi - VİDEO
-
Nazilə onun üçün kömək istədi: "Yardıma ehtiyacı var, boğazı deşilib"
-
Atadan ürək dağlayan an: Ata qızının ürəyi ilə yaşayan insanla GÖRÜŞDÜ - VİDEO
-
"Oğluma qayınanam baxır"
-
Paşinyanla boşanandan sonra ilk dəfə Anna ilə GÖRÜNTÜLƏNDİ - VİDEO
-
Bəyin dostlarının zarafatı müzakirə yaratdı - Toyda "YAS QURDULAR" - VİDEO
-
Koxalski “Qarabağ”dan gedir? - Özü AÇIQLADI
-
Müğənni biabırçı geyimdə səhnəyə çıxdı - VİDEO
-
“Hamilə qaldı, mən də başından güllələdim” – İcra başçısı da TUTULDU - FOTOlar
-
Makqreqor növbəti döyüşünün vaxtını AÇIQLADI
-
Mahnurə Əliyeva vəfat etdi
-
Namiq Qaraçuxurlunun arxiv VİDEOsu yayıldı
-
Qar, yağış, dolu və güclü KÜLƏK - Həftənin ilk iş gününün HAVASI
-
Daha bir fakt ortaya çıxdı: Qadın paltarı GEYİNİRMİŞ - VİDEO





