Cəmiyyət

Kişilər evlənməkdən niyə qorxurlar? - FOTO

27 Dekabr 2014 17:15
2 Şərh     Baxış: 1 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü cinsin nümayəndəsinin qorxuları

Milli.Az anspress-ə istinadən xəbər verir ki, "Evlilik" kəlməsi belə kişilərin çoxunun qorxuya düşməsinə səbəb olur. Bəs nə üçün kişilərin əksəriyyəti evlilikdən qorxurlar?

1. Azadlıq duyğusu

Evlilik deyiləndə kişilərin ağlına gələn ilk şey azadlıqlarını itirəcəkləri və bir nəfərə bağlı qalacaqları hissidir. Subaylığın sultanlıq olduğunu düşünən kişilər kiminsə onların həyatına müdaxilə edəcəyini düşünürlər.

2. Həyat tərzini dəyişmək

Geyinmə tərzi, vərdişləri, hətta ev əşyalarının belə yerini dəyişəcəyini düşünmək kişiləri evlilikdən soyudur.

3. Ananızı sevməyə bilər

Kişilərin çoxu qayınanalarını sevmirlər. Bu, sirr deyil. "Anam bunu dedi, anam belə et, bunu ye, bunu geyin" dedi kimi sözlər sevgilinizin sizdən birdəfəlik uzaqlaşmasına və evlilik fikrinə yaxın düşməyəcəyinə səbəb ola bilər.

4. Məsuliyyətdən qaçar

Kişilər məsuliyyət altına girməyi elə də çox sevmirlər. Onlar ancaq özlərinə cavabdeh olmaq, son quruşlarına kimi xərcləyib heç kimə hesabat vermək istəmirlər. Evlilik isə məsuliyyəti bir necə dəfə artırır.

5.Qarşı tərəfdən əmin olmamaq

Bir kişinin evlənməkdən qorxmağının ən böyük səbəbi qarşı tərəfdən əmin ola bilməməsidir. Onlar "həyatımı bu insanla keçirmək istəyirəm?" sualına 100 faizlik cavab tapmayana kimi evlilik yolunda heç bir addım atmayacaqlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.