Cəmiyyət

Ucuzluğun ünvanları - FOTO

27 Dekabr 2014 15:06
0 Şərh     Baxış: 2 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının təxminən 8 rayonunda bayram yarmarkaları təşkil edilib

Bu gündən başlayaraq Bakının təxminən 8 rayonunda bayram yarmarkaları təşkil edilib. Artıq ənənə halına çevrilən bu tədbir istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını da alır.


Milli.Az bildirir ki, anspress-in əməkdaşı yarmarkalarda vəziyyəti öyrənmək üçün "Həzi Aslanov" metrosu yaxınlığında təşkil olunan yarmarkaya baş çəkib. Səhər saatları olmasına baxmayaraq alıcılar yarmarkaya axın etmişdilər. Onlarla söhbət zamanı öyrəndik ki, alıcılar təşkil olunan yarmarkalardan razıdırlar.

"Digər bazarlara nisbətən burada məhsullar xeyli ucuzdur. Əvvəllər bayramqabağı hər şey bahalaşırdı. İndi yarmarkalarda ərzaqlar ucuz satılır. Bu da kasıblar üçün çox sərfəlidir", - deyə Şöhrət Kərimov adlı alıcı bildirib.

Məhsulların qiymətlərinə gəldikdə, burada, həqiqətən də, ucuzluq müşahidə olunurdu. Məsələn, digər bazarlarda və marketlərdə pomidorun kiloqramı 2-3 manata satılırsa, yarmarkada 1 manata almaq olar. Burada almanın 3 kiloqramı 1 manatdan, kiloqramı 0,50, 1 və 2 manata tapmaq mümkündür. Bundan başqa, nar, naringi, heyvanın kiloqramı 1 manatadır. Qoz 4, fındır isə 5 manata satılır. Kənd toyuğu 5, beçə 3 manatadır. Hinduşka başqa bazarlarda 50-60 manat olduğu halda, burada 20-27 manat idi. Yarmarkada pendirin kiloqramı 5 manatadır.

Digər bazarlarda mal ətinin kiloqramı 8 manat, yarmarkada isə 5 manata idi. 10 manata satılan qoyun ətini yarmarkada 6-7 manata almaq olar.

Qeyd edək ki, yarmarkada olduğumuz vaxt kənd təsərrüfatı naziri Heydər Əsədov da ora gəldi. Nazir bildirib ki, bazarlarda süni bahalaşmanın qarşısını almaq üçün stimullaşdırıcı tədbirlər görülür.

"Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının həcmi dəyər ifadəsində 17% artıb. Bu da daxli bazarlarda məhsulların bol olması ilə nəticələnir. Bolluq olanda da, təbii ki, qiymətlərdə azalmalar olacaq. Digər bazarlarda da qiymətlərin azalmasına təşkil olunan yarmarkalardır. Təşkil olunan yarmarkalara da nəzarət edirik ki, süni qiymət artımı olmasın", - deyə nazir qey edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.