Havalar soyuyan kimi niyə qaz problemi yaranır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda havalar soyuyan kimi mavi yanacağın verilməsində də problemlər yaranır. Son günlər də havaların kəskin soyuması nəticəsində bir çox bölgələrdə, paytaxtın müxtəlif yerlərində qaz problemləri ortaya çıxıb. Bakının bir neçə kənd, qəsəbəsində qaz yoxdur. Bəzi yerlərdə isə qazın təzyiqi olduqca zəifdir. Evləri elektrik qızdırıcıları ilə qızdırmaq vətəndaşların büdcəsinə uyğun olmadığı üçün insanlar daha çox qazdan istifadə edirlər. Havaların soyuması və yaranan problemlər orta məktəblərə də ciddi təsir edib. Azərbaycanda qış rejiminə noyabrın 15-də keçildiyi üçün orta təhsil müəssisələrinə istilik verilmir. Nəticədə soyuq otaqlarda təhsil alan şagirdlər xəstəliklərə yoluxurlar. Bəzi ölkələrdə havalar soyuyanda qış vaxtına daha tez keçilir.Vahid Əhmədov: "Əgər problem varsa, deməli, bu, daxili amillə, idarəetmə və strukturla bağlıdır"
Hər il havalar soyuyan kimi qazın verilməsində problemlər yaransa da, "Azəriqaz"ın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalıyev heç bir problemin olmadığını deyir: "Qaza olan tələbat artdıqca təbii ki, qazın verilməsinin də həcmi artır. Hazırda qaz olmadığı deyilən ərazilərdə "Azəriqaz" tərəfindən aparılan təmir bərpa işləri və yaxud da məhdudiyyət yoxdur. Azərbaycanda qış vaxtına keçid şərtidir. Yəni belə bir hal sovet dönəmində qalıb. Əgər qaza olan tələbat iki dəfə artarsa, biz ona uyğun olaraq da təbii qazın verilməsini tənzimləyirik. Yəni təbii qazın verilməsi hansısa ayın şərti rəqəmindən asılı deyil".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanın kifayət qədər qaz ehtiyyatı olduğunu dedi: "Azərbaycan hökumətinin qərarı var ki, qış vaxtı noyabrın 15-dən başlayır. Noyabrın 15-dək qazın, istiliyin verilməsindəki problemlər həll olunmalıdır və qazın təzyiqini artırırlar. Düzdür, hazırda qazla bağlı problemlər yaşanır. Mən Mərdəkanda yaşayıram. Burada da qazla bağlı problemlər var. Qazın təzyiqi çox aşağıdır. Azərbaycanın kifayət qədər qaz ehtiyatı var. Buna görə də heç bir problem olmamalıdır. Azərbaycan qaz ixrac edən bir dövlətdir. Əgər problem varsa, deməli, bu, daxili amillə, idarəetmə və strukturla bağlıdır".
"Yeni Müsavat"
DİGƏR XƏBƏRLƏR
-
Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi
-
Bakıda 19 istiqamətdə tıxac var
-
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı!
-
“Bu gün nə yeyək?” sualı tarixə qovuşur: “Plan & Eat” Azərbaycanda korporativ nahar mədəniyyətini kökündən dəyişir
-
630 bal topladı, universitetə qəbul olmadı – (Video)
-
Şölen-in qlobal brendi Ozmo Azərbaycanda anaların rəğbətini qazandı - (Foto)
XƏBƏR LENTİ
-
BDU-da ən populyar ixtisas məlum oldu
-
Xırdalanda binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - (Video)
-
Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Bakıda 19 istiqamətdə tıxac var
-
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı!
-
Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
-
“Bu gün nə yeyək?” sualı tarixə qovuşur: “Plan & Eat” Azərbaycanda korporativ nahar mədəniyyətini kökündən dəyişir
-
Xalq artistlərinin səmimi görüşü - (Video)
-
Anar Məmmədli və Anar Abdullayevə hökm oxunub
-
630 bal topladı, universitetə qəbul olmadı – (Video)
-
Rusiyada FTX generalı yanacaq oğurluğuna görə saxlanıldı
-
Qumralın ailəsində xoş gün - (Video)
-
Şölen-in qlobal brendi Ozmo Azərbaycanda anaların rəğbətini qazandı - (Foto)
-
Heyvanları döyüşdürən və işgəncə verənləri hansı cəzalar gözləyir?
-
Şahin Qasımov vəfat etdi
-
Zaur Şəbnəm Tovuzlunun sözlərini belə lağa qoydu – (Video)
-
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
-
Qubada kanaldan meyit tapıldı
-
“Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq
-
Azərbaycanda hava ilə bağlı son məlumat - Yenilənib
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
-
80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı, oğlu infarkt oldu
-
Dünyada mazut qıtlığı gözlənilir - Səbəb





