Televiziya işçisinin dilənçi anası danışdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu sözləri aznews.az-a Metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında dilənçilik edən və Sabunçuda kirayədə yaşayan 55 yaşlı qadın deyib."Hər ay dilənçiliklə qazandığım pulların çoxunu televiziya kanallarının birində operator işləyən böyük oğlumun kreditinə verirəm"
Onun sözlərinə görə, oğlu "Topaz"a pul qoyduğundan borca düşüb, buna görə də bankdan pul götürüb.
"Hər ay bankdan mənə zəng vururlar ki, kreditinizi ödəyin. Oğlumu nə qədər danlasam da, xeyri yoxdur. Televiziyadan maaşını alan kimi "Topaza"a qaçıb pul qoyur, mən də onun kreditini ödəyirəm. Hələ, üstəlik, təsəlli də verir ki, ana, darıxma, oğlanlar var ki, ev-eşiyini satıb pulunu bura qoyur", - deyə dilənçi qadın bildirib.
Ərindən 14 ildir ki, ayrıldığını deyən qadın kədərli ailə həyatından da söz açıb: "Ərim hər gün içib, məni döyürdü, məcbur olub evdən çıxdım. İndi dilənçiliklə başımı dolandırıram. Kiçik oğluma deyirəm ki, gəl mənimlə kirayədə yaşa. Cavab verir ki, mənim evim var, kirayədə niyə yaşamalıyam? Atası yanıma gəlməyə icazə vermir. Qorxudur ki, ananıza sahib çıxsanız, evdən qovacam. Onlar da evsiz qalacaqlarından qorxub mənə sahib çıxmırlar, amma görüşürük. Arada zəng də vururlar. Keçən dəfə qardaşım oğlu məni tapıb evinə apardı. Həyat yoldaşı onlarla yaşamağıma razılıq vermədi. İndi görün, nə günlərə qalmışam ki, övladım yaşında olan cavanlar məni "dəli" bilərək küçədə ağzıma, üzümə söyürlər".
"Sirr deyilsə, gününə nə qədər pul qazanırsınız?" sualına "Gün olur ki, heç bir qəpik də yol pulum olmur, ancaq elə gün olur ki, yüz manat qazanıram. Ümumilikdə, hər ay qazancım 1000 manat olur. Onun da 200 manatını kirayəyə verirəm. Qalan pullarımı da oğlum götürür. O da mənə yiyə durmur" - cavabını verib.
Metronun "Nəriman Nərimanov" stansiyasının həndəvərində dilənçilik edən qadın yeməyini yaxınlıqda yerləşən kafedə yediyini əlavə edib: "Kafenin sahibi tapşırıb ki, məndən pul alınmasın. Burada şəhid ailələrinə də yemək pulsuz verilir. Axşam da evə gedəndə şirniyyatla çay içib yatıram".
Redaksiyadan: Qadın əməkdaşımızdan xahiş edib ki, onun adı familiyasını yazıda qeyd etməyək və fotosunu yaxından verməyək: "İstəmirəm oğlumun iş yoldaşları ona yuxarıdan aşağı baxsınlar. İstəmirəm, kimsə bilsin ki, anası sahibsiz halda küçələrdə dilənir. Ona görə də nə adımı yazın, nə də şəklimi verin".
Milli.Az



DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





