Məhərrəm ayının başlaması ilə dünyanın bəzi ölkələrində, o cümlədən Azərbaycanda da matəm məclisləri qurulur. Hətta qeyri-dindarlar belə toy etmir, əyləncələrdən çəkinirlər və s. Bu matəm ta Səfər ayının sonuna qədər davam edir. Bəziləri bu ənənənin İslama zidd, sanki bir yamaq olduğunu deyirlər. Bəs həqiqətdə necədir? Məhərrəm əzadarlığı və matəmi İslama yamaqdır, yoxsa bunun bir əsası var? İslam.az-ın həmsöhbəti ilahiyyatçı hacı Samir Ağayevdir.
- İslam qaydalarına əsasən dünyasını dəyişənə 3 gün yas saxlanılır, peyğəmbər belə buyurub. Bəs nə üçün hər il Məhərrəm ayı müsəlmanlar matəmə qərq olurlar?
- Müsəlman ənənəsində ölüyə yas saxlamağın rəsmi müddəti üç gün olsa da, İmam Hüseynin (ə) şəhadət mərasimi bundan tamamilə fərqlənir. Peyğəmbərimizizn əziz nəvəsinin məzlumanə və faciəli şəkildə şəhadətə çatması müsəlmanların ürəyini elə yandırmışdır ki, üstündən 14 əsr keçməsinə baxmayaraq hələ də qeyd olunur, öz aktuallığını itirməmişdir. Onun indiyədək canlı qalması onu göstərir ki, müsəlmanlar bu hadisəyə sadəcə bir yas mərasimi kimi baxmamışlar, onlar bu böyük hərakatın mahiyyətini dərk edərək haqqın qələbə çalacağı günədək zülmə, haqsızlığa qarşı çıxmış imam Hüseyn (ə) ilə həmrəyliyini bildirirlər.
- Bu sonradan İslama gətirilmiş ənənədir, ya Əhli-beytin göstərişidir?
- Bu mərasimlərin geniş vüsət alması və indiki səviyyəyə gəlməsində ən mühüm rolu hz. Muhəmməd(s) və onun pak Əhlibeytindən (ə) bu faciə ilə bağlı bizə gəlib çatmış hədislər və göstərişlər oynayır. İlk olaraq Əhlibeytin (ə) özü İmam Hüseynə (ə) əza məclisləri qurub və bunu müsəlmanlara tövsiyə etmişlər.
- Bəs ilk dəfə belə məclis nə vaxt və kim tərəfindən təşkil olunub?
- Tarixi mənbələrə əsasən ilk əzadarlıq məclisi elə Əhlibeytin əsirlik dövründə Şamda Yezidin yalanları ifşa olduqdan sonra xanım Zeynəb (s.ə) və imam Zeynul-abidin (ə) tərəfindən keçirilmişdir. Bu əzadarlıq məclisi 3 gün davam etmişdir. (Təbərinin tarixi cild 4, səh.353)
Sonrakı əza məclisləri Əhlibeyt (ə) Mədinəyə qayıtdıqdan sonra bir il ərzində hər gün Xanım Zeynəb (s.ə), Peyğəmbərimizin (s) həyat yoldaşı, möminlər anası Ümmi-Sələmə və imam Zeynul-abidin (ə) tərəfindən keçirilmişdir. Bütün Mədinə camaatı matəmə qərq olmuşdu, xanım Zeynəbin (s.ə) etdiyi çıxışlar Yezid və Bəni-uməyyə hakimiyyətini ifşa etmiş və Mədinə camaatının onların əleyhinə qiyam etməsilə nəticələnmışdi. Zalım hakimiyyət qorxuya düşərək xanım Zeynəbi (s.ə) Misirə ya Şama sürgün etmişdir. (Savratul-Huseyn fil vicdaniş-şəbiyy, səh.265)
Sonrakı dövrlərdə Əhlibeyt imamları (ə) özləri bu əza məclislərini davam etdirmiş və tərəfdarlarına da bu barədə ciddi tapşırıqlar vermişlər. İmam Baqirdən (ə) nəql olunmuş hədisə əsasən o həzrətin bu cür buyurduğu qeyd olunub: İmam Hüseynin (ə) ziyarətinə gedə bilməyənlər öz evlərində əzadarlıq etməklə özləri və ailələri İmam üçün ağlasınlar, bu müsibətə görə bir-birilərinə başsağlığı versinlər. (Kamiluz-ziyarat, səh.175)
Bu əzadarlıq məclisləri ilk öncə Məhərrəmlik günlərində, Kərbəlada imamın ziyarəti günlərində, Şəbən ayının 15, Rəcəbin 1, Ramazan bayramı gecəsi, Ərəfə günü və başqa vaxtlarda keçirilirdi. (Həmin mənbə)
Əməvi və Abbasi hakimiyyəti dövründə hakimiyyətin qoyduğu qadağalara baxmayaraq əza məclisləri qeyd olunan formada bu və ya digər şəkildə davam etdirilirdi.
Hicrətin 3, 4 və 5-ci əsrlərdə İraq və İranda Ali-buyə (Buveyhilər), Suriyada Həmdanilər, Misirdə Fatimilər, Yəməndə Zeydilərin hakimiyyətə gəlməsi ilə şiəlik güclənmiş və əzadarlıq məclisləri geniş vüsət alaraq dövlət səviyyəsində keçirilmişdir. Aşura günü umumi matəm kimi qeyri-iş günü elan edilmişdir.
Məşhur tarixçi İbn Əsir "əl-Kamilu fit-tarix" kitabında (cild 8, səh,549) bu cür yazır: "Hicri 252-ci ilin Məhərrəm ayında Muizzud-dövlət (Ali-buyə, Bağdadda) əmr verdi ki, dükanlar bağlansın, heç kəs işləməsin, camaat əzadarlıq etmək üçün küçələrə çıxsınlar".
Beləliklə, ümumi əzadarlıq şiələr arasında ənənəyə çevrildi və bu ənənə indiyədək davam edir.
- Amma matəm yalnız Məhərrəm ayı ilə məhdudlaşmır...
- Məhərrəmlik ayından sonra Səfər ayında da müsəlmanların matəm keçırməsi, toy-şənliyin keçirməməsi İmamın qırxının, həmçinin hz. Muhəmməd (s) peyğəmbərin vəfatı, imam Həsən (ə) və imam Rzanın (ə) şəhadətlərinin bu aya təsadüf etdiyinə görədir.
- Bəs Ərbəinin xüsusi olaraq qeyd edilmə ənənəsi hardan qaynaqlanır?
- İmamın qırx mərasimini keçirtmək hədislərdə ən çox təkid olunmuş məsələlərdən biridir. Əhlibeyt imamları (ə) bu günə çox önəm vermiş və qırxda İmamı ziyarət etməyi möminin əlamətlərindən hesab etmişlər.
Qırxda İmam Hüseyni (ə) ziyarət etmək hətta Peyğəmbər səhabələri arasında da önəmli məsələ olmuşdur. Cabir ibn Abdullah Ənsari qırxda İmamı ziyarət edən ilk səhabədir. (Fərhənge Aşura, cim hərfi)
Bütün bu və digər səbəblər bu iki ayın - Məhərrəm və Səfərin matəm ayları kimi qeyd edilməsinə səbəb olmuşdur.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məhərrəm ayında matəm: İslama yamaq, yoxsa..?
1 Noyabr 2014 18:11
1 Şərh
Baxış: 3 217

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Özünə qayğı göstər
-
Yağış yetmədi, külək də zərər vurdu – Maşınlar zədələndi - FOTOlar
-
Bölgələrdə yaşayanların DİQQƏTİNƏ
-
Çin satmasa dünya "iflic" olar: Bir cümləsi ilə hər şeyi məhv etdi
-
Hemofiliya xəstəliyini yaradan səbəblər… Qohum evlilikləri niyə qadağan edildi?
-
"Şərur MTK"nın mənzilərini su basdı - Çilçıraqdan su axır - ŞİKAYƏT
XƏBƏR LENTİ
-
Sevgilisindən ayrılan kimi tətilə çıxdı - FOTO
-
“Özümü təhqir olunmuş kimi hiss edirəm”
-
Məşhur pəhrizlər qaraciyərə necə təsir edir – həkimlərin xəbərdarlığı
-
Nəfəs kirayədə qalırmış - VİDEO
-
Ən asan "cheesecake" RESEPTİ - 5 addımda hazırlayın
-
Azərbaycanda qadın müğənni qardaşı tərəfindən qətlə yetirildi
-
"Həkimim dedi ki, yaşamaq, dünyada qalmaq istəyirsənsə…" - Əməkdar artist
-
Göygöldən müharibəyə çağırıldı, 156 düşmən əsgərini əsir götürdü, Qazaxıstana sürgün edildi
-
Başlıbel faciəsinin ildönümüdür
-
Günün qoroskopu: Özünə qayğı göstər
-
Çavuşoğluya ağır itki - FOTO
-
“Bu həftə Rusiyadan cavab alacağıq” - Tramp
-
"Onlar həssasdırlar, çox şeyi ürəklərinə salırlar və mənə demirlər"
-
Orqanizm üçün ən faydal 7 balıq növü
-
ABŞ-də universitetdə atışma - xeyli yaralı var
-
Yaşı 18-dən az olanlar cinsiyyətini dəyişdirə bilməyəcək
-
Köhnə avtomobil mühərrikinə hansı yağ tökülməlidir? – Vacib məqamlar
-
Xoşqədəm anasının vəfatından sonra ilk dəfə efirə çıxdı - VİDEO
-
Gözləri görməyən şəxs Bakıda dəhşətli cinayət törətdi - məhkəmə
-
Uitkoff Putinin tərəfinə keçib - Zelenski
-
ÇL-də həftənin rəmzi komandası açıqlandı
-
ABŞ Çinlə ticarət müqaviləsi bağlayacaq - Tramp
-
Rejissor Ruslan Şahmalıyev vəfat etdi - FOTO
-
Fərda efirə zəng vurub onu təhqir edən şəxsə əsəbiləşdi - VİDEO