Aşura günü qeyri-iş günü olsunmu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər il Məhərrəm ayının 10-cu günü müsəlman dünyasında "Aşura günü" kimi qeyd olunur. Həmin gün Azərbaycanda da inanclı insanlar 14 əsr əvvəl İslam Peyğəmbərinin nəvəsi İmam Hüseynin Yezid tərəfindən qətlə yetirilməsinə matəm saxlayırlar. Məscidlərə, ziyarətgahlara üz tutan müsəlmanlar şəhidlərin ruhuna dualar oxuyur, ehsanlar paylayır və əzadarlıq edirlər.Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli: "Nazirlər Kabinetində belə bir məsələ müzakirə olunmur"
Həmin gün insanların ibadətinə çətinlik yaradan məqamlardan biri də Aşura gününə təsadüf edən günün iş günü olması və insanların işə yoxsa, məscidlərə getmək kimi bir seçim qarşısında qalmasıdır. Bu günün dövlət tərəfindən qeyri-iş günü elan olunması ilə bağlı uzun illərdir ki, təkliflər səslənsə də, hələlik bu reallaşmayıb. Ancaq "Aşura günü" əksəriyyəti inanclı olan insanlar uzun illərdən bəri davam edən ənənəyə sadiq qalaraq, işə getmir və hər kəs öz imanından asılı olaraq, əza saxlayır.
"Aşura günü" gününün qeyri-iş günü olması məsələsinə münasibət bildirən "Yeni Müsavat" qəzetinin dini mövzuda yazarı Kənan Rövşənoğlu deyir ki, faktiki olaraq, Azərbaycanda Aşura günü yüz illərdir ki, qeyri-iş günü kimi qeyd olunur: "Həmin gün əksər müsəlmanlar, demək olar ki, işləmir, ziyarətgahlara, məscidlərə gedirlər. Sadəcə, bu günü qeyri-iş günü kimi rəsmiləşdirmək lazımdır. Mən özüm hər zaman bunu müşahidə etmişəm ki, istər bölgələrdə, istərsə də Bakıda Aşura günündə günortaya kimi insanlar işləmirlər. Təbii ki, məcburi iş yerləri var ki, onların fəaliyyətinin dayandırılması mümkün deyil. Ancaq ümumilikdə, Aşura günü xalqın istəyi ilə rəsmi olaraq, qeyri-iş günü elan olunmalıdır".
İlahiyyatçı hacı İlqar İbrahimoğlu isə deyir ki, illərdir ki, bu təşəbbüslə çıxış edirlər: "Qəti olaraq əminik ki, ölkədə bu gün əvvəl-axır qeyri-iş günü olacaq. Xalq öz daxilindən gələn Allah Rəsuluna (s) və onun pak Əhlibeytinə (ə) olan sevgisini əsrlər boyu yaşadıb. Əhlibeyti (ə) sevmək həm də müqəddəs Quranın tələbidir.
Aşura günü Kərbəla çölündə Həzrət İmam Hüseyn (ə) şəhid qanı ilə İslamı qiyamət gününə qədər sığortalayıb. Bizlər Məhərrəm - Səfər əyyamını yaşatmaqla İslamın diriliyini yaşadırıq. Bu mənada Aşura gününün qeyri-iş günü olması labüddür. Çünki xalqımız həmin günü hətta sovet dövründə də bütün maneələrə baxmayaraq, yaşadıb.
Qarabağımızın azadlığı da bu şəhidlik məktəbinin yaşadılmasından keçir. Şəhid Mübarizlərin yetişməsindən keçir. O gün olsun ki, Aşuranı Şuşada keçirdək, İnşallah".
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də "Yeni Müsavat"a açıqlamasında bildirib ki, hələ illər öncə Milli Məclisin deputatı olarkən bu məsələni qaldırıb: "İnanclı insanların rahat şəkildə ibadət edə bilməsi üçün şərait yaradılmalıdır və bu, dövlətin vəzifəsidir. Müxtəlif ölkələrdə, hətta Avropa ölkələrinin bəzilərində bu gün qeyri-iş günü kimi qeyd olunur və müsəlmanlar nəzərə alınır. Azərbaycanda isə Aşura günündə yüzminlərlə insan məscidlərə, ziyarətgahlara axışır. Bu çoxluğu nəzərə alaraq, Aşura gününü qeyri-iş günü elan etmək, həmin insanların hüquqlarının təminatı baxımından da məqsədəuyğun olardı. Dindar olmayan insanlar da bu məsələdə inanclılara hörmət edərək, bunu qəbul etməlidirlər. Söhbət bu günün dövlət səviyyəsində qeyd edilməsindən getmir, qeyri-iş günü olmasında gedir. Aşura günü Azərbaycanda keçirilməsinə görə ən kütləvi mərasimdir, bu təklif mütləq nəzərə alınmalıdır.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə bildirdi ki, hazırda onlara belə bir təklif daxil olmayıb və bu məsələ müzakirə mövzusu deyil:
"Nazirlər Kabinetində belə bir məsələ müzakirə olunmur və belə bir təklif də yoxdur".
"Yeni Müsavat"
DİGƏR XƏBƏRLƏR
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
BDYPİ sürücülərə müraciət etdi
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





