Bu günlərdə Bakıda maraqlı hadisə olub.
Milli.Az bildirir ki, Rövşən Rəhimov adlı bir istifadəçi Facebook-da belə məzmunlu status paylaşıb:
"Dünən evə gec çatdım. Binəqədi qəsəbəsində yaşayıram. Qonşularım əsasən məcburi köçkünlərdir. Evimizin yanında parklanma yeri olmadığından maşını qonşu binanın yanında saxladım. Beynimdən fikir keçdi ki, qonşu həyətin sakinlərinin xoşuna gəlməyəcək. Amma yorulmuşdum, həm də gec idi, risk elədim.
Səhər saat 11-də maşına yaxınlaşdım və sizin fotoda gördüklərinizi gördüm: şüşəni sındırıblar, hələ üstəlik, utanmayıb sellofan və skoçla səliqəylə bağlayıblar. Özümdən çıxdım - nə həyasızdırlar, fikirləşdim. Yaxşı ki, bunu edəni iş başında görməmişəm. Yəqin ki, xəstəxanalıq olardı. Neyləyim, həyətdə 200-dək adam yaşayır. Küçənin ortasında qışqırıb söyməyəcəkdim ki!.. Noutbuku yük yerinə atdım. Bunu eləyəni də Allaha tapşırdım.
Maşına oturub mühərriki işə saldım. Şüşələri qaldırdım. ...Hamısı salamatdır!..
Belə yaxşı əməli edən adamdan onun haqqında pis fikirləşdiyim, üstəlik, Allaha tapşırdığım üçün üzr istəyirəm. Sən demə, axşam evə yorğun gələndə pəncərəni açıq saxlamışam, bardaçokda isə mənim üçün vacib olan sənədlər vardı.
Bax mənim belə xeyirxah azərbaycanlı qonşularım var. Sizə də belələrini arzulayıram!"
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Bakıda qonşu məhəllənin sakinləri maşın sahibini şoka saldılar - FOTO
19 Oktyabr 2014 16:27
20 Şərh
Baxış: 7 326
DİGƏR XƏBƏRLƏR
- 18 yaşlı Lamiyə yaşlı qonşu kişiyə qoşulub qaçdı - VİDEO - FOTO
- Bakıda lüks avtomobil yolda təhlükə saçdı - VİDEO
- "Cığır" romanı Türkiyə türkcəsində ikinci dəfə çap edildi
- Ərinə əsəbiləşən qadın küçənin ortasında SOYUNDU - VİDEO
- 12 yaşına qədər uşaqlar ön oturacaqda əyləşə bilərlər? - VİDEO
- Günün qoroskopu: asan gün deyil
XƏBƏR LENTİ
- Fransız Polineziyası öz müqəddəratını təyin etmək hüququna malikdir - Abbas Abbasov
- Rusiya XİN-dən delimitasiya ilə bağlı AÇIQLAMA
- Fransa bizi asılı vəziyyətdə saxlayır - Kliff Loussan
- Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?
- Bu nazirlikdə nöqsanlar aşkar edildi
- İlqar Mirzəyevin oğlu ilə arxiv FOTOsu
- Silk Way West Airlines Onno Pietersmanı əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin etdi
- Türkiyəli tanınmış aktyor vəfat etdi - FOTO
- Azərbaycanda tanınmış həkim vəfat etdi
- Xamenei Bəşər Əsədi qəbul edib
- İranda mədən çöküb, ölən və yaralananlar var
- Hindistanda dəhşətli istiyə görə onlarla uşaq huşunu itirdi - FOTOlar
- KOBİA nümayəndələri Vyetnamda əməkdaşlığa dair sənədlər imzalayıblar - FOTO
- Taksi sürücüləri imtahan verəcək - RƏSMİ
- "Sülh göyərçinləri" konserti keçiriləcək
- Odet Esembe Enqulu Milli Gimnastika Arenasında - FOTO
- Valideynlərin nəzərinə!
- Nadir Qafarzadə xanımı ilə - FOTO
- Finlandiya Prezidenti İlham Əliyevi təbrik edib
- Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
- Nazir Fariz Şirinova yüksək vəzifə verdi
- Ordumuzda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir
- Müharibə veteranları üçün yeni güzəşt
- “Mənim üçün qız tapıb evlənmək “iki vur ikidir””