Oğulun "Lamborghini"sinin qazı çox, atasının binalarında isə qaz yox...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"2010-cu ildə biz Muray MTK-nın Yeni Yasamal-2, Məhəmməd Xiyabani 194 ünvanında mənzil aldıq. Bu MTK-nın rəhbərliyi mənzilləri hər payçıya bir qiymətə, bir mənzili 7-8 adama sata-sata bizi aldatdı, nəhayət, şikayətdən sonra bu bina (400 ev) inşasının bitməsi üçün Şərur MTK-ya verildi. Sonra İsfəndiyar müəllim binanın təmirinə başlayaraq birtəhər, "ala başına, kül başına" binanın tikintisini başa çatdıraraq camaatı aldatdı, binaya qaz, su, elektrik xətti çəkildi. Elektrik və suyun verilişində heç bir problem olmasa da, artıq bir ilə yaxındır ki, hər dəfə "bu ay qaz veriləcək" deyə-deyə aldadırlar. Binaya qaz xətti çəkilib, sayğac qoyulsa da hələ də qazın verilişindən heç bir xəbər yoxdur. Hər həftənin bazar günü bina sakinləri həyətə yığışaraq etiraz aksiyası keçirsələr də, bu məsələ hələ də həllini tapmayıb. İsfəndiyar müəllim "bina mənlik deyil" deyərək problemin həllindən boyun qaçırır".Son günlər adı övladının bahalı avtomobili ilə hallandırılan iş adamı bu dəfə öz əməli ilə güngəmə gəlib. Oğlu Bakıda 650 min manatlıq "Lamborghini" sürən "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) tikdiyi binalarda yaşayan sakinlər Milli.Az-a yazdıqları məktubda öz dərdlərini qələmə alıblar:
Sakinlər qeyd edirlər ki, soyuqdan evlərdə oturmaq mümkün deyil, hələ qarşıdan qışın gəlişini nəzərə alsaq, günümüzün necə olacağını Allah bilir.
"Rəhbərliyin belə hərəkəti ucbatından bir neçə sakin artıq bu binadakı mənzilinə köçməkdən imtina edərək, bir çoxları isə hələ təmirinə başlamadan mənzilini satışa çıxarıblar. Binada rəhbərlik tərəfindən artıq pul yığılma halları da baş alıb gedir, su sayğacı qoyulsa da, sayğac yazdığından əlavə, hər ay 20 manat su pulu alınır, binanın həyətinə avtomobillər buraxılmayaraq hər ay üçün 30 manat dayanacaq pulu alınır, yük liftinin olmasına baxmayaraq, heç bir sakinə onunla yük qaldırmağa icazə verilmir. Bu binada yaşamaq üçün çıxarımız: 100 manat elektrik pulu + 40 manat qaz pulu + 30 manat dayanacaq pulu + 20 manat su pulu olduğunu nəzərə alsaq, hər ay 190 manat pul ödəməyimiz lazımdır", - deyə sakinlər şikayətlənirlər.
"Azəriqaz" İstehsalat Birliyinin Qaz təsərrüfatı istismarı şöbəsinin rəisi Vaqif Namazov Milli.Az-a açıqlamasında bildirdi ki, MTK rəhbəri texniki icra və təhvil-təslim sənədlərini aidiyyəti qurumlara təqdim etməlidir. Bundan sonra həmin binaya qazın verilməsində heç bir problem olmaz. Şöbə rəisinin sözlərinə görə, "Azəriqaz"ın yeni tikilən binalarda qaz çəkilməsində heç bir fəaliyyəti yoxdur. Bu işlər MTK rəhbərliyinin sifarişi ilə həyata keçirilir, qaz idarəsinin işi isə ancaq qazı açıb buraxmaqdır.
Anar Məmmədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
"Vahid məktəbli forması sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər "
-
Sabah Culfada işıq olmayacaq
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
XƏBƏR LENTİ
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu





