"2010-cu ildə biz Muray MTK-nın Yeni Yasamal-2, Məhəmməd Xiyabani 194 ünvanında mənzil aldıq. Bu MTK-nın rəhbərliyi mənzilləri hər payçıya bir qiymətə, bir mənzili 7-8 adama sata-sata bizi aldatdı, nəhayət, şikayətdən sonra bu bina (400 ev) inşasının bitməsi üçün Şərur MTK-ya verildi. Sonra İsfəndiyar müəllim binanın təmirinə başlayaraq birtəhər, "ala başına, kül başına" binanın tikintisini başa çatdıraraq camaatı aldatdı, binaya qaz, su, elektrik xətti çəkildi. Elektrik və suyun verilişində heç bir problem olmasa da, artıq bir ilə yaxındır ki, hər dəfə "bu ay qaz veriləcək" deyə-deyə aldadırlar. Binaya qaz xətti çəkilib, sayğac qoyulsa da hələ də qazın verilişindən heç bir xəbər yoxdur. Hər həftənin bazar günü bina sakinləri həyətə yığışaraq etiraz aksiyası keçirsələr də, bu məsələ hələ də həllini tapmayıb. İsfəndiyar müəllim "bina mənlik deyil" deyərək problemin həllindən boyun qaçırır".Son günlər adı övladının bahalı avtomobili ilə hallandırılan iş adamı bu dəfə öz əməli ilə güngəmə gəlib. Oğlu Bakıda 650 min manatlıq "Lamborghini" sürən "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) tikdiyi binalarda yaşayan sakinlər Milli.Az-a yazdıqları məktubda öz dərdlərini qələmə alıblar: