Cəmiyyət

Azərbaycanda rezidentura pilləsində savadlı mütəxəssislərin hazırlanmasına nəzarət edən qurum yaradıla bilər

13 Oktyabr 2014 16:58
Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ali tibbi təhsilin rezidentura pilləsində savadlı mütəxəssislərin hazırlanmasına nəzarət edən bir qurumun yaradılmasına ehtiyac var

Azərbaycan Tibb Universitetindən Trend-ə verilən məlumata görə, bunu Rezidentlərin 2014/2015-ci tədris ili üzrə yekun attestasiyasının keçirilməsinə dair Attetasiya Komissiyasının sədri akademik, millət vəkili Əhliman Əmiraslanov komissiya üzvlərinin iştirakı ilə keçirilən tədbirdə deyib.

O bildirib ki, TQDK-nın məlumatlarında rezidenturaya qəbul olan tələbələrin bilik səviyyəsinin ildən-ilə yüksəldiyi qeyd edilir. Amma bu, rezidentlərin hamısının eyni səviyyədə olması demək deyil: "Biz rezidentura sayəsində yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün hər cür şərait yaratmalıyıq. Əvvəllər 10 bazada mütəxəssislər hazırlanırdısa, hazırda bazaların sayı 37-yə çatır. Bunun idarə edilməsi çətinlik yaratdığından savadlı mütəxəssislərin hazırlanmasına nəzarət edən bir qurumun yaradılmasına ehtiyac var. Yəqin, bu barədə hansısa səviyyədə qərar veriləcək".

Qeyd edək ki, hazırda ATU-da 4 kurs üzrə 587 nəfər rezidenturada təhsil alır. Bu il 37 ixtisas üzrə 202 nəfər rezidenturaya qəbul edilib. Onlar 37 ixtisas üzrə hazırlıq keçirlər. Bu il ATU üzrə 70 rezident xarici ölkələrdə (Türkiyə, Almaniya, Çin, İsveç və s.) rotasiya keçib. Ölkə üzrə ATU ilə yanaşı, digər bazalarda da təhsil alan rezidentlərin sayı 1500-ə çatır.

Bu il cəmi 94 nəfər rezident yekun attestasiyada iştirak edəcək. Onlardan 35 nəfəri ATU rezidentidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.