Cəmiyyət

Ümid edək ki, Həcc ziyarətindən qayıdan hacılarımız...

13 Oktyabr 2014 20:44
1 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın hər yerindən olduğu kimi, Azərbaycandan da həcc ziyarətinə yollanan zəvvarlarımız ziyarəti başa vurub vətənə qayıdırlar. Kimisi ilk həcc ziyarətini edib, kimisi bu ziyarətin mənəvi zövqündən doya bilməyib bir daha və bir daha bu mübarək səfərə yollanıb. Kimisi həccə getmək üçün illərlə qəpiyi qəpik üstə yığıb, kimisi xeyriyyəçi möminin dəstəyilə bu ilahi karvana qoşulub. Və indi bu karvan dünya müsəlmanlarının qibləsi olan kəbə evindən, müqəddəs Məkkədən geriyə dönür.

Mübarək ziyarət əsnasında zəvvarlar hər bir ayini ixlasla yerinə yetirməklə Allaha daha da yaxınlaşmış, mənən ucalmışlar. Elə bu ucalıqla bağlı mühüm bir məqama toxunmağı məqsədəuyğun hesab edirik.

İndi həccdən geriyə döndükdə hacılar qarşısında ciddi məsuliyyət, eyni zamanda bir sınaq var. Hacı gərək unutmasın ki, "hacı" bir ad, titul deyil, mənəvi bir məqamdır. Allah Qurani-Kərimdə Onun çağırışını qəbul edib həcc ziyarətinə gələnləri, bu ziyarətin ayinlərini yerinə yetirən şəxsləri belə adlandırıb. İndi cəmiyyətdə həmin şəxsləri ətrafdakı insanlar, qohumlar-dostlar-tanışlar bu adla çağıracaqlar. Dolayısıyla, zəvvarlar həcci başa vurub qayıtsalar da, Hacı ifadəsi ömürlərinin sonunadək onlarda bu ilahi ziyarətin mənəvi çalarını əks etdirəcək, canlandıracaq. Elə el arasında onlara "Hacı" deyilməsi də bu məqsədi daşıyır - yəni sən Allah Evinin ziyarətindən qayıdıbsan, sən orada Allaha "ləbbeyk" deyib sədaqət əhdi bağlayıbsan. Sənin əməllərin bu əhdə uyğun olmalıdır. Həcc ayinləri bitsə də, həccin mənəvi ab-havası səninlə ömrünün sonunadək yol yoldaşı olub gedəcək! Bax gör bu mənəvi ucalıqda, o mənəvi ab-havada qalmağı bacaracaqsanmı?

Ümid edək ki, həcc ziyarətindən qayıdan hacılarımız üçün də bu ziyarətin mənəvi tərəfi bitməyəcək. Fiziki olaraq ehramdan çıxsalar da, mənəvi ehramları ömürlərinin sonunadək əyinlərində qalacaq. Onlar öz gündəlik əməlləri, davranışları ilə, digər insanlarla qarşılıqlı münasibətlərindəki təvazökarlığı, şəfqəti, mehribanlığı, səxavəti, sədaqəti ilə hacı olduqlarını tərənnüm edəcəklər.

Allah ziyarətinizi qəbul eləsin.
 

İslam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.