Cəmiyyət

Jirinovski Bakıdadır

25 Sentyabr 2014 16:15
1 Şərh     Baxış: 2 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vladimir Jirinovski artıq Bakıdadır

Diplomatik mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, LDPR liderinin uçduğu təyyarə saat 15:00 radələrində Bakı aeroportuna enib.

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Azərbaycana gəlib.

Bu məlumatı virtualaz.org saytına Azərbaycanın Rusiyadakı səfirliyindəki mənbələr veriblər.

Amma öz qalmaqallı çıxışları ilə tanınan rusiyalı siyasətçinin Bakı səfərinin proqramı indiyədək də bəlli deyil.

Qeyd edək ki, Jirinovskinin Bakı səfəri ətrafında neçə vaxt idi müxtəlif fikirlər dolaşırdı. Bəzi KİV-lər gah öz diplomatik mənbələrinə, gah da LDPR liderinin yaxın ətrafına istinadən belə xəbərlər yaymışdılar ki, Jirinovski Bakı səfərini təxirə salıb, ümumiyyətlə, Azərbaycana gəlməyə hazırlaşmır.

Amma Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rusiyalı siyasətçinin gözlənilən Bakı səfəri ətrafındakı şübhə haləsini dağıtmışdı. Səfir virtualaz.org saytına açıqlamasında demişdi ki, Jirinovski Azərbaycana Milli Məclisin xətti ilə dəvət olunub və o, Bakıya mütləq gələcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.