Cəmiyyət

Şəkinin peyin problemi - VİDEO

25 Sentyabr 2014 16:17
1 Şərh     Baxış: 1 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəki ölkənin ən qədim mədəniyyətinə malik bölgəsi kimi, sakinləri isə yüksək şəhər mədəniyyətinə malik insanlar kimi tanınır. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, son illər şəhərin özünəməxsusluğunun qorunması və abadlığı üçün böyük işlər görülüb. Bu işlərə böyük zəhmət çəkilib, külli miqdarda vəsait xərclənib. Lakin görülən işlərə kölgə salacaq bir çox nüanslar var.

Şəhərin mərkəzi hissəsində göz çıxardan mal peyini, yeni abadlaşdırılmış parkda ağac və qazonlara divan tutan heyvanlar... Bu mənzərə şəhər ab-havası üçün heç də xoş deyil. Son zamanlar Şəkinin mərkəzi küçə və prospektlərində başlı başına buraxılan mal-qaraya tez-tez rast gəlinir. Desək ki, müvafiq qurumlar bu problemə göz yumur, kiminsə günahını almış olarıq. Tədbirlər isə nəticə vermir. Məsələn, Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları cəza tədbiri olaraq, 10 gün əvvəl şəhərin mərkəzində otlayan 2 baş heyvanı tutub idarənin həyətinə salıblar. Amma sonda çətin vəziyyətdə qalan da elə idarə əməkdaşları olub.

Heyvandarlıqla məşğul olmaq əlbəttə, ayıb deyil. Bu, dədə-babalarımızın də əsas məşğuliyyəti olub. Ancaq bu, o demək deyil ki, mal-qaranı harda gəldi saxlaya bilərsən. Hər şeyin öz yeri var. Heyvan öz yerini bilməyə bilər, ancaq heyvan sahibləri yaşıllığı otlaq sahəsindən ayırd etməyi bacarmalıdırlar.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.