Cəmiyyət

Şəkidə su-kanalizasiya problemi - VİDEO

25 Sentyabr 2014 16:10
1 Şərh     Baxış: 1 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəkidə su problemi uzun illərdir ki, əhalinin ən yaralı yerlərindən biridir. Bu problem əsas da son illər daha çox qabarıb. Şəki ilə yanaşı kəndlərdə də artıq quraqlıq yaşanır. Sakinlərin əziyyət çəkdiyi digər bir problem isə yağan yağışın suyun lillənməsinə səbəb olmasıdır. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəkinin su sistemi ötən əsrin 60-cı illərində qurulub. Bu sistem o zamanlar ancaq 30 min əhali üçün nəzərdə tutulmuşdu. Ancaq illər keçdikçə vəziyyət dəyişib. Əhali sayı artdıqca mövcud sistem tələblərə cavab verməyib. Bundan əlavə lilli su problemi Şəki sakinlərinin sağalmaz yarasıdır. Bu problem, əsasən, yağış yağan zaman ortaya çıxır. Hər halda sakinlər hələ bir müddət bu çətinliyə dözməli olacaqlar.

Şəki Sukanal ATSC-in direktor müavini Nüsrət İsrafilovun sözlərinə görə, ümumi uzunluğu 6900 metr olan su xəttinin 1000 metrlik hissəsində işlər hələ yekunlaşmayıb. Birinci rayon ərazisində gedən işlərin isə böyük qismi yekunlaşıb. Burada işlər başa çatdıqdan sonra Şəkinin Yuxarıbaş adlanan hissəsinə suyun verilişinə başlanacaq. Hazırda işlər ləng gedir. Buna səbəb isə eyni zamanda kanalizasiya xətlərinin çəkilməsidir. Bundan əlavə, ərazinin qeyri-münasib relyefi də buna öz təsirini göstərməkdədir. Bütün bunlara baxmayaraq su və kanalizasiya sisteminin 2015-ci ilin sonuna qədər tam istifadəyə veriləcəyi bildirilir. Məhz bundan sonra Şəkidə növbəti 20 il ərzində su probleminin olmayacağına ümid etmək olar.

Qeyd edək ki, layihə çərçivəsində Şəkinin Oxud, Qoxmuq və Kiş kəndləri də içməli su ilə təmin ediləcək. Layihənin başa çatması ilə Şəkidə su və kanalizasiya problemi köklü şəkildə həll olunacaq.
 

Belə ki, yağıntı çaylarda suyun bulnamasına və lillənməsinə səbəb olur. Nəticədə şəhərə su verən hovuzlar lilli suyu təmizləyə bilmir.

Şəki Sukanal ATSC-dən isə məsələdən xəbərdar olduqlarını bildirdilər. İdarə rəsmisinin sözlərinə görə, lilli suyla bağlı onlara da çox sayda əhalidən şikayətlər daxil olur. Ancaq mövcud problemin aradan qaldırılmasına hələ bir müddət daha vaxt lazım olacaq.

Sahə nəzarətçisinin sözlərinə görə, hazırda burada suyu calamaq üçün 150 metr məsafə qalıb.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.