Cəmiyyət

Bakıda müasir televiziyanın problemləri müzakirə olunur

25 Sentyabr 2014 12:11
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müasir televiziyanın aktual problemləri MDB ölkələri və yaxın xaricin aparıcı televiziya şirkətləri rəhbərlərinin Bakıda keçirilən "TEFİ-Sodrujestvo" IV Beynəlxalq Televiziya Festivalı çərçivəsində müzakirə olunur.

Trend xəbər verir ki, festival Moldova, Qazaxıstan və Tacikistan televiziya şirkətlərinin işinə baxışla başlayıb. Bu ölkələrin aparıcı teleşirkətləri ən yaxşı müəllif proqramları və sənədli filmlər təqdim ediblər.

Festivalda Birliyin digər ölkələrinin işləri də təqdim olunacaq. Həmçinin proqrama "Müasir televiziya ekranında tarixi publisistika", "Müsahibə: ünsiyyətdə əsas səhvlər və onların aradan qaldırılması üsulları" mövzusunda müzakirələr və master klaslar keçirilməsi də daxildir.

Festival iştirakçıları Azərbaycanın ali məktəblərinin tələbələri ilə də görüşməyi planlaşdırırlar.

"TEFİ-Sodrujestvo" IV Beynəlxalq Televiziya Festivalı sentyabrın 27-dək davam edəcək.

Festivalda MDB və yaxın xarici ölkələrin 11 aparıcı televiziya şirkəti iştirak edəcək.

Telefestivalın təşkilatçıları "Rusiya Televiziya Akademiyası" və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondları, Azərbaycan tərəfindən isə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dir.

"TEFİ-Sodrujestvo"nun təskilatçıları bildirirlər ki, beynəlxalq tədbirin Bakıda keçırılməsi Azərbaycan Prezidenti Administrasiyasının önəmlı dəstəyi nəticəsində mümkün olub.

Azərbaycanın IV beynəlxalq telefestivala ev sahibi seçilməsi ölkəmizin dinamik inkişafı və tədbir təsis olunandan bəri Azərbaycan Televiziyasının orada fəal iştirakı ilə baglıdır.

İndiyədək Kiyev, Astana və Odessada keçirilmış festivalda AzTV-nin "Toğrul Nərimanbəyov", "Əlvida və salam, Bakı!" sənədli filmləri, "1001 sual" intellektual verilişi "TEFİ" mükafatına layiq görülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.