Cəmiyyət

FHN-dən yeni binalarla bağlı SƏRT QƏRAR - FOTO

25 Sentyabr 2014 11:59
5 Şərh     Baxış: 3 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hündürmərtəbəli yaşayış binaları ilə bağlı sərt qərar qəbul edib

AzNews.az xəbər verir ki, qərara əsasən, binaların eyvanlarına və pəncərələrə quraşdırılan dəmir barmaqlıqlar ("reşotka") sökülməlidir.

Məlumata görə, bu qərarın verilməsi mənzillərdə yanğın və ya hər hansı fövqəladə hadisə baş verdikdə barmaqlıqların xilasetmə tədbirlərinə maneçilik etməsilə bağlıdır.

Bununla bağlı binaların girişində xəbərdarlıq lövhələri asılıb. Mənzil sahiblərindən xahiş olunur ki, tez bir zamanda barmaqlıqlar sökülsün. Bu işlərə görə sakinlərə bir ay vaxt verilib.

Əks halda binalara qazın verilişinin dayandırılması xəbərdarlığı verilib.

Sakinlərin dediyinə görə, FHN-dən daha bir göstəriş də verilib. Bu, qaz sayğaclarının və "kombi" - istilik sisteminin üstünün açıq saxlanması ilə bağlıdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.