Cəmiyyət

Bakıdakı yas mərasimlərində "yemək-içmək" geri qayıdır

25 Sentyabr 2014 11:08
1 Şərh     Baxış: 1 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir həftə olar ki, paytaxtda keçirilən hüzr mərasimlərində əvvəlki "yemək-içmək" bərpa olunub

Modern.az-ın məlumatına görə, yenə də ifratçılıq, yenə də toy stoluna bənzəyən təamlar göz qamaşdırır.

İmkansız adamlar isə yenə də bu məsələdən əziyyət çəkməyə başlayıblar.

Yenə də ölü bir yanda qalır, insanlar borca düşüb dəbdəbəli hüzr mərasimi keçirirlər. Maraqlıdır, təxminən bir aya yaxındır ki, bütün ölkə boyu yas mərasimləri eyni qaydada, sadə formada keçirildiyi halda nədən birdən-birə Bakıda geriyə qayıdış baş verdi?

Xatırlayırsınızsa, yas mərasimlərində yeməklə bağlı Qafqaz Müsəlmanları İdarəsindən gələn açıqlamada bu məsələnin ölü sahibinin özünə aid olduğu vurğulanmışdı.

Təzə Pir Məscidində isə yas mərasimləri ilə bağlı ölkə boyu həyata keçirilən "islahatlar"a məhəl qoyulmamışdı və burada fərqli yemək menyuları müştərilərin ixtiyarında idi. Araşdırmalarımız göstərdi ki, məhz bu iki məsələdən sonra hüzrü düşənlər əvvəlki qaydalara uyğun hərəkət etməyə başlayıblar. Bu isə onu göstərir ki, indi Bakıda yas mərasimləri ilə bağlı nəzərdə tutulan nizam-intizam məsələsi iflasa uğradılır. Paytaxt Bakıdan fərqli olaraq ölkənin bütün bölgələrində "islahatlar" davam etdirilir. Hətta bir qədər qoyulmuş çərçivədən çıxan bu kimi mərasimlərdə mollalar iştirak etməkdən boyun qaçırırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.