Cəmiyyət

İşdən çıxarılan qardaşlar maaşlarını ala bilmirlər - VİDEO

25 Sentyabr 2014 12:53
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaraj rəhbərliyi isə qardaşların pulunu verəcəyinə söz verdi

Avtoyuma məntəqəsində çalışan 2 qardaş maaşı verilmədən işdən çıxarılıb.

ANS TV-nin məlumatına görə, Bənurə xanım deyr ki, onun iki oğlu - Elnur və Nurlan - bir ilə yaxın ki, Zığ yolunda yerləşən avtobusların qarajında işləyib. Qarajın avtoyuma məntəqəsində çalışan qardaşlar bu ilin avqust ayında işdən azad ediliblər. Müsahibimin sözlərinə görə, onun övladlarının iş itirmələrinə səbəb işdə olan hərc-mərclik olub. Qaraj rəhbərliyi tərəfindən qardaşlar təhqir edilib. Bundan sonra da onlarla qaraj işçiləri arasında mübahisə baş verib.

Məhz buna görə də Nurlan və Elnur son ayın məvacibi verilmədən işdən çıxarılıblar. Bənurə xanım deyr ki, o, yoldaşından ayrılıb, kirayə evdə yaşayır. Ailəyə qazancı isə onun iki oğlu gətirir. Ona görə də xanım dəfələrlə qaraj rəhbərliyinə müracitə edib ki, onun övladlarının alın təri ilə qazandığı məvacib verilsin. Amma bu istəyi müqabilində kobud cavabla üzləşib. Bütün bunlar Bənurə xanımın sözləridir.

Müsahibimlə danışdıqdan sonra yollandıq qaraja. İlk olaraq qapını üzümüzə bağlamaq istədilər. Sonra da özünü Rövşən kimi təqdim edən qaraj işçisi xanımın ona ünvanladığı sualı ayrıca cavablandıracağını söylədi.

Rövşən müəllim belə qənatə gəldi ki, Bənurə xanım günün sonunda oğlanları ilə birlikdə gəlib 330 manat qalıq maaşını götürə bilər. Ancaq yalnız günün sonunda. Xəbər almağa çalışdıq ki, nə səbəbə onların maaşı gecikdirlib. Rövşən bəy ailəsində hüzr düşdüyündən paytaxtdan uzaqda olduğunu bildirdi. Hər halda ümid edirik ki, verilən söz doğru yerinə yetər və Bənurə xanım da ehtiyyac duyduğu məbləği əlinə alar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.