Cəmiyyət

Bakıda çirkaba çevrilən su: yaşatmaz, öldürər - FOTO

28 Avqust 2014 00:30
0 Şərh     Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Axar su çirk saxlamaz deyiblər. Amma axar su baxımsız qalanda nəinki çirk götürər, özü böyük çirkaba da çevrilər. Bakının Binəqədi rayonunda suvarma kanalına olan laqeyd münasibət onu acınacaqlı duruma salıb. Goradil sakinlərinin suvarma üçün istifadə etdiyi su ağac və bitki üçün yaşadıcı yox, məhvedicisi ola bilər. Goradil camaatı Novxanı kanalı ilə dəmir yolunun kəsişməsindəki vəziyyəti çəkərək Milli.Az-a göndərib. Fotolardan kanalın üfunət içərisində olduğu aydın görünür. Belə təsəvvür yaranır ki, Goradildə insanlar bütün zibili həmin kanala atır, rayon rəhbərliyi isə bunu görmür.

Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarova Milli.Az-a bildirdi ki, həmin əraziyə baxış keçirilib. Çirkab olan sahə nəzarətə götürülüb. Çirklənmiş sahə diqqətdən uzaq olduğundan sakinlər məişət zibili ilə kanalı çirkləndiriblər. Qısa zamanda həmin ərazi çirkabdan təmizlənəcək.

Gülər
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


 

Foto: Günay
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.