Cəmiyyət

Silahlı münaqişə zonasında hərbi hərəkətsizlik etmə ilə bağlı cəzalar sərtləşdirilir

27 Avqust 2014 13:00
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda silahlı münaqişə zamanı hərəkətsizlik etmə, hadisəyə vaxtında müdaxilə edə bilməmə və cinayətkar əmr vermə ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsinə dəyişikliklər təklif olunur.

Təklif olunacaq dəyişikliyə əsasən, rəis və ya vəzifəli şəxs tərəfindən silahlı münaqişə zamanı tabeliyində olanlara bu Məcəllənin 115-116-cı maddələrində (Müharibə qanunlarını və adətlərini pozma) nəzərdə tutulan cinayətlərin qarşısının alınması məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməməyə görə 8 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda bu cəza 5 ildən 10 ilə qədərdir.

Maddəyə edilən digər təklifə əsasən, döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu Məcəllənin 115-116-cı maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə isə 15 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda isə bu cəza 10 ildən 15 ilə qədərdir.

Təkliflər layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.