Cəmiyyət

Avtobus sürücüləri nəzarətə götürüldülər - VİDEO

27 Avqust 2014 09:43
0 Şərh     Baxış: 1 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neqativ halların qarşısını almaq üçün sürücü bazası yaradılıb

Avtobus sürücüləri də nəzarətə götürülüblər.

Xəbər verdiyimiz kimi, oxucular Milli.Az-a növbəti avtobus saymazlığını göstərən foto təqdim ediblər.

ANS TV-nin məlumatına görə, Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində çəkilən foto nəqliyyat sistemindəki mənzərəni çılpaqlığı ilə göstərir.

Bir neçə sürücü avtobusları yolun hərəkət hissəsində saxlayıb. Nəticədə yolun bir hissəsini tutub və arxadan gələn maşınlar qarşı yola çıxaraq qəza təhlükəsi yaratmaq məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, bu cür sürücülərə qarşı sərt tədbirlər görülür:

"Yol polisi və Nəqliyat Nazirliyi əməkdaşları avtobuslara qarşı birgə reydlər keçirirlər. Qayda pozuntusu edən sürücülər məsuliyyətə cəlb olunur".

Nazirlikdən həmçinin onu da əlavə etdilər ki, baş verən neqativ halların qarşısını almaq üçün artıq sürücü bazasının da yaradılmasına başlanılıb.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.