Cəmiyyət

Gəncəyə yeni avtobuslar gətiriləcək

18 Avqust 2014 19:08
0 Şərh     Baxış: 1 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu ilin sonuna kimi Gəncəyə yeni müasir dayanacaqlar gətiriləcək. Bununla yanaşı sərnişindaşımada əlverişsiz olan xırdatutumlu mikroavtobuslar da iritutumlu avtobuslarla əvəzlənəcək.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, artıq bir neçə ildir ki, şəhərdəki köhnə dayanacaqların yeniləri ilə əvəzlənməsi işləri aparılır. Bu günə kimi şəhərin müxtəlif ərazilərində 125 yeni, müasir tələblərə cavab verən dayanacaqlar quraşdırılıb. Həmçinin yeni salınan qəsəbələrdə yol çəkilişləri tam yekunlaşdıqdan sonra həmin ərazilərə yol boyu yeni dayanacaqlar quraşdırılacaq. Bunun üçün yaxın vaxtlarda Gəncəyə daha 150 yeni dayanacaq gətiriləcək.

Qeyd edək ki, şəhərdə sərnişindaşıma xidməti göstərən xırdatutumlu mikroavtobuslar da ilin sonuna kimi tamamilə xətlərdən çıxarılacaq və iritutumlu avtobuslarla əvəzlənəcək. Məlumat üçün bildirək ki, təkcə son bir neçə ayda şəhərə 65 ədəd "Hyndai", 20 ədəd isə "İsuzu" markalı avtobus gətirilib.

Qeyd edək ki, yeni gətirilən avtobuslarda kondisionerlərin olmasına üstünlük veriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.