Cəmiyyət

Yardımlıda su üçün ayrılmış pulu icra hakimiyyətində "yedilər"?

18 Avqust 2014 18:03
1 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yardımlı rayonunda artıq bir neçə gündür ki, su yoxdur. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

Oxucu iddia edir ki, su kəmərinin çəkilməsi üçün ayrılmış vəsait rayon icra hakimiyyəti rəhbərliyi tərəfindən mənimsənilib.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Yardmlı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının birinci müavini Azər Hamıyev deyilənləri təkzib edib.

Onun sözlərinə görə, Yardımlıda su təchizatının yaxşılaşdırılması üçün iş aparılır.

"Hazırda mərkəzi küçələr və 18 kənddə su kəməri çəkilir. Bundan əlavə artezian quyuları qazılır. Su hər gün qrafikə uyğun olaraq verilir", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.