Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi ağacların kəsilməsi faktı üzrə cərimə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Dövlət Ekspertiza İdarəsinə 11 iyul 2014-cü il tarixində "Bakı Abadlıq Xidməti" MMC tərəfindən Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22B və Asəf Məhərrəmov küçəsi, 2/51 ünvanlarında abadlıq işlərinin aparılması məqsədilə ərazidə təhlükə yaradan ağaclara müvafiq rəyin bildirilməsi üçün müraciət edilib. Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin ərazidəki iri gövdəli ağacların budanmasına rəy verilib. Lakin 12 avqust 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həmin ünvanda ağacların qanunsuz olaraq kəsilməsi barədə şikayət ərizəsi daxil olub. Şikayət nazirliyin əməkdaşları və İDEA kampaniyasının nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyinə əməl olunmadan ümumilikdə 5 ədəd ağacın Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsinə müvafiq olaraq hüquqi şəxs qismində 40 min manat məbləğində cərimə edilib.
Hazırda ərazidəki digər ağaclar ETSN-in aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Tətbiq edilmiş cərimənin ödətdirilməsi üçün müvafiq tədbirlər görülür.
Milli.Az
Cəmiyyət
Bakıda ağac kəsənlərə 40 min manat cərimə
18 Avqust 2014 14:25
Baxış: 1 181
DİGƏR XƏBƏRLƏR
- 17 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub - YENİLƏNİB - FOTO
- "Televiziyadan eşitdim ki..." - Oğlu əfv olunan ana
- Yas yerində fırıldaqçı MOLLA - VİDEO
- Ərinin birinci arvadını öldürən qadın azadlıqda - FOTO
- Günün qoroskopu: Valideynlərlə ünsiyyət üçün vaxt tapın
- Günün qoroskopu: Hisslər və emosiyaların böhran dövrüdür
XƏBƏR LENTİ
- Yığmamızın heyəti açıqlandı
- Baqrat yuxusunu qarışdırdı - "Qarabağ, Qars və Ərzurum..."
- Əfqanıstan vətəndaşı Astarada öldü
- ABŞ bunu etsə, dünya müharibəsi olacaq - Medvedyev
- Vaqif Cavadov: “Nəriman Axundzadə parlaq futbolçu deyil” - VİDEO
- II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB
- Yenicə ailə quran aparıcının əri ilə ROMANTİK ANLARI - VİDEO
- Sürücülərə XƏBƏRDARLIQ
- Azərbaycanda bu şəxslər pulsuz sanatoriya-kurorta göndəriləcək - VİDEO
- Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur - FOTO
- 17 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub - YENİLƏNİB - FOTO
- Məşhur model dekoltesi ilə diqqət çəkdi - VİDEO
- Dünya ölkələrinin təəccübləndirən qadağaları
- Rusiyada elektrik qatarında yanğın oldu
- İlk gündə 3 medal - FOTO
- Kanndakı geyimini kələmə bənzətdilər - FOTOlar
- Mavritaniya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb
- Kuba Prezidenti Azərbaycan liderini təbrik edib
- "Televiziyadan eşitdim ki..." - Oğlu əfv olunan ana
- Mövsümə "Azərsun Arena"da yekun vurulacaq
- "Çoxlarının həzmində problem var" - Zaurdan ATMACA - VİDEO
- Rollar sağlamlığımıza ziyandırmı?
- Yas yerində fırıldaqçı MOLLA - VİDEO
- Ərinin birinci arvadını öldürən qadın azadlıqda - FOTO