Cəmiyyət

Bakıda yeni istirahət mərkəzi yaradılır

18 Avqust 2014 08:59
0 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Böyük Şor gölünün ərazisində istirahət mərkəzi yaradılır

Sabunçu rayonu ərazisindəki Böyük Şor yaşayış massivində 483 yaşayış evi və 6 obyekt sökülüb və təmizlik işləri aparılıb.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, xüsusi layihə əsasında Böyük Şor gölünün bir hissəsi qurudulur, digər hissəsinin suyu isə təmizlənir. Belə ki, burada müasir tələblərə cavab verən istirahət mərkəzi və yaşıllıq sahəsinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirilir.

Bununla yanaşı, ümumi sahəsi 18 min kvadratmetrə bərabər olan Balaxanı parkında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmaq üzrədir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.