Cəmiyyət

"Azpetrol"un ölüm yükü: sürücü partlatmaqdan qorxmur - YENİLƏNİB - FOTO

18 Avqust 2014 12:00
1 Şərh     Baxış: 7 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:00

Əsas şüarı "Azpetrol, yaxşı yol" olan şirkət insanların yolunda yaratdığı təhlükəyə aydınlıq gətirib. Şirkətin mətbuat xidmətinin rəhbəri Camal Zeynalov bu gün Milli.Az-a zəng edərək bildirib  ki, Azpetrol tərəfindən yanacaq daşıyan maşınlar üçün sürət həddi qoyulub. Şirkət rəsmisinin sözlərinə görə, yanacaq daşıyan maşınlar üçün maksimum sürət həddi saatda 90 kilometrdir: "Sürücü istəsə belə, maşının sürətini saatda 100 kilometrə qaldıra bilməz. Amma yazmısınız ki, maşın 120 ilə gedir. Ola bilməz axı belə... Yanacaq daşıyan maşınlarımız sürət həddini keçərsə, bu məsələ ilə məşğul olan təftişçilər var. Bütün yük maşınlarına magistral boyunda nəzarət var. Eyni zamanda, maşının  arxasında telefon nömrələri yazılıb, hər hansı vətəndaş həmin nömrəyə zəng edərək şikayət edə bilər.

Fotoda yanacaqdaşıyan maşının yolun ikinci hərəkət xəttində olmasına gəlincə, C.Zeynalov əsaslandırdı ki, ötmə əməliyyatı sürücüdən asılıdır: "Yol açıqdırsa, sürət həddini aşmadan sürücü ötmə edə bilər. Yüklü maşınlarımız üçün sürət həddi saatda 60-70, boş halda isə 90 km-dir. Sürət həddi aşılarsa, tədbir görülür. Yol boyu bizim təftişçilər nəzarət edirlər. Sürücü tərəfindən hər hansı yol hərəkəti qaydaları pozulubsa, tədbir görülür. Söhbət gedən maşınla bağlı da artıq göstəriş verilib".

------------
01:30

Şəkildə gördüyünüz maşına yük yox, əslində ölüm maşını demək olar. İçərisində xeyli miqdarda yanacaq daşıyan maşının sürücüsü adi bir qəza nəticəsində meydana gələcək partlayışın hansı nəticə verəcəyini, yəqin, anlamır.

Oxucular Milli.Az-a müraciət edərək bildiriblər ki, Bakı şəhərində magistral yolda "Azpetrol" şirkətinə məxsus yanacaqdaşıyan maşın təhlükəli manevr edib. Yanacaq daşıyan bu maşın ikinci yolda saatda 70 kilometr sürətlə hərəkətdə olmalı olduğu halda, 120 ilə gedir. Sürücü ani qəza zamanı hansı fəlakətin ola biləcəyini isə düşünmür.

Bakı Şəhər Yol Polis İdarəsindən isə Milli.Az-a bildirildi ki, yol patrul əməkdaşları bu kimi qayda pozuntuları aşkarlayarsa, mütləq cəzalandırırlar.

Məsələ ilə bağlı "Azpetrol" şirkəti ilə əlaqə saxlamaq mümkün olmadı.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Əli Kərimov
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.