Bəzən özündən həddən artıq razı, "sanki alçaq dağları o yaradıbmış" hissi yaşayan insanlarla qarşılaşırıq. Özünü saymazyana, laqeyd, yekəxana aparan belələri ətrafdakı insanlara yuxarıdan aşağı baxır, elə qiymətləndirir, elə davranırlar. Psixiatrlar həddən artıq özündən razılıq, özünü bəyənmə, böyük görməni psixoloji xəstəlik kimi qiymətləndirirlər. Bu, psixiatriyada narsizm adlanır.
Narsistlər, sadə dillə desək, özlərinə sevdalı insanlardır. Həmişə başqasından tərif, təqdir, alqış gözləyir, lakin özləri heç bir zaman qarşılıq verməzlər.
Ziqmund Freyd narsistlərin sevgi anlayışını araşdırarkən bildirib ki, narsistlər kimisə sevmək üçün də öz istəklərinə önəm verərlər. Müqayisə edərlər, özlərinin hansı məqamda, əvvəllər hansı vəziyyətdə olduğunu, necə olmaq istədiyini, hansısa insana daha yaxın olmaq istəyini düşünüb özlərinə görə kiməsə önəm verərlər.
Bir yazıçı digəri ilə görüşür, bir qədər danışdıqdan sonra dostuna deyir: "Elə mən özümdən danışdım. Heç səndən danışmadıq, son kitabım necə idi, xoşuna gəldimi?" Budur narsizm.
Mütəxəssislər hesab edirlər ki, özünü sevməklə narsizm arasındakı fərqi bilmək lazımdır. Normal sağlam insanlar özlərini sevər və buna ehtiyac duyarlar. Özünü sevməyən adam işini, ətrafını da sevməz və depressiv deyilən pessimist bir hala düşərlər. Sağlam insan özünü sevməlidir, əgər cismini deyil, davranışlarını. Gərə biri eyni işi başqası etdiyində əhəmiyyətsiz kimi dəyərləndirir, özü edəndə bunu göylərə çıxarırsa, narsist xüsusiyyət daşıyır. Bəzi insanlar həqiqətən özlərini o qədər çox bəyənirlər ki, aynanın qarşısında saatlar keçirə bilərlər. Narsizm yalnız özünü bəyənmişlik deyil. Narsistlər başqa insanlarla ünsiyyəti yalnız özlərini alqışlayıb tərifləsinlər deyə qurarlar. Qurduqları münasibətlərin onlar üçün heç bir dəyəri olmur. Öz mənfəəti üçün hər kəsi tapdalayıb keçər və bu vəziyyətdən ən kiçik bir peşmanlıq hissi keçirməzlər. Çünki qarşısındakı insanın nə düşündüyünü heç bir zaman düşünməzlər, düşünə bilməzlər. Qarşılarındakı insanların hisslərini düşünmək üçün kiçicik bir səy belə göstərməzlər. Psixiatr İkram Rüstəmov deyir ki, narsistik şəxsiyyət bir çox faktorlardan təsirlənir. İctimai xüsusiyyətlər, ailə quruluşu, uşaqlıq illərində ailəsindən kifayət qədər sevgi və maraq görməmək bu vəziyyətə səbəb ola bilər. Bir çox narsisit ilk baxışda çox təsiredici və çox sevimli görünə bilər. Ancaq onların bu halı istədiklərini əldə edənə qədər davam edir. İstədiklərini əldə edəndən sonra qarşısındakı insanı bir heç kimi görərlər: "Narsistlər digər insanlarla olan ünsiyyətlərini yalnız öz istəkləri üçün istifadə edərlər. Qarşılarındakı insanların duyğuları onlar üçün önəmli olmur. Narsistlərin digər bir xüsusiyyəti isə həsəd hissidir. Başqalarının xoşbəxtliyinə, müvəffəqiyyətinə qətiliklə dözə bilməzlər. Bu hissi çox yaşadıqları üçün, başqaları xoşbəxt olanda özlərini bədbəxt hiss edərlər. Çünki onların fikrincə, xoşbəxtliyə ancaq özləri layiqdir".
Narsistlər həqiqətən çox müvəffəqiyyətli ola bilərlər, iş həyatında önə çıxa bilərlər, ancaq bu müvəffəqiyyət işi sevdikləri üçün deyil, müvəffəqiyyətli olduqları zaman aldıqları alqış və təqdirlər üçündür.
Narsist insanların tərk edilməyə dözümü olmur. Tərk edildikləri zaman körpənin anasından ayrıldığı dövrdəki kimi həddindən artıq reaksiya verər və depressiyaya girərlər. Tənqidə əsla dözümləri yoxdur. Narsistlərə çox önəm verməmək lazımdır. Onları davamlı alqışlamaq, tərifləmək reallıqla üzləşmələrini gecikdirir: "Uşaqlıq illərində ana-atasından kifayət qədər sevgi və diqqət görməyən şəxslər özlərinə güvənməz, özlərini sevə bilməzlər. Çünki sevginin, sevilmənin nə olduğunu bilməzlər. Onlar üçün bir sevgi modeli olmur. Uşaq özünü ana-atasının rəftarlarındakı aynadan görür. Bu aynada sevildiyinə dair bir görünüş yoxdursa, problemin özündə olduğunu, sevilməyə layiq olmadığını düşünür. Bu düşüncə yetkin yaşda başqa insanlardan sevgi, tərifi zorla istəməyə gətirib çıxarır. Buna görə, böyük səy göstərirlər. Tənqid olunduqları zaman isə həddən artıq sərt reaksiya verər, təcavüzkarlaşa bilər, depressiyaya girə bilərlər".
Narsist insan özündən razı olub müvəfəqiyyət haqqında düşünərkən, daxili ona rahatlıq verməz. Əslində bu insanların özündən şübhələnən, kövrək, tənqidlərə dözümsüz, dəyərsiz hiss edən gizli bir tərəfi var. İnsanlarla səthi əlaqələr qurub, davamlı tərif istəyən, səmimi münasibət qura bilməyən, başqalarına güvənməyən, dözümsüz, ətrafındakı insanların zamanına dəyər verməyən biridir. İctimai sahədə olduqca müvəfəqiyyətli olan narsistlər, çox maraqlı əhatəyə, əlaqələrə sahib olsalar da, bu onlar üçün səthidir.
Təqlidçi dəyərlərə malik olan narsistlər bir tərəfdən yalan danışaraq maddiyyətə söykənən, nüfuza hörmətsiz bir həyat sürərkən, kənara dürüst, həddindən artıq əxlaqlı və pula əhəmiyyət verməyən biri kimi özlərini tanıdırlar. Başdan çıxarıcı, sınamadan, kiminlə oldu cinsi həyatı olan belə insanların evlilikləri nizamsızdır, xarici əlaqələri çox olur. Çünki həyat yoldaşını ayrı bir varlıq olaraq görüb, sevə bilmirlər. Çox yaxşı danışan, qərarlı biri kimi görünməklə birlikdə məlumatları, yalnız başlıqları ehtiva edən səthi məlumatlardır, detalları unudarlar. Onun üçün dil və danışma özünə etibarını təzələmənin bir yoludur.
Həmsöhbətimiz bildirir ki, narsistlər psixoloji problemləri olduqlarını qəbul etməz, həkimə və ya psixoloqa müraciət etməyi özlərinə sığışdırmazlar. Ancaq tərk edildikləri zaman düşdükləri depressiyadan çıxmaq üçün həkimə müraciət edərlər. Narsistləri psixoterapiya ilə müalicə etmək mümkündür.
Ekspress.az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Narsizm yalnız özünü bəyənmişlik deyil
1 Avqust 2014 20:15
0 Şərh
Baxış: 3 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bu avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
-
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
-
Gəncədə ata və anasından sonra nənə də 13 yaşlı qızdan imtina etdi - YENİLƏNİB
-
Zeynal Bayramlıya yüksək vəzifə verildi - FOTO
-
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
-
Xudayar son nəfəsində bu sözləri YAZIB - “Bu da…”
XƏBƏR LENTİ
-
Azərbaycanlı bu məşhurlar bir-biriləri ilə QOHUM İMİŞ... - FOTOlar
-
Bu ölkənin rəhbəri və birinci xanım təyyarəni özləri İDARƏ EDİR - VİDEO
-
Mavi gözlü insanların hamısında olan 11 xüsusiyyət
-
Anasının dəfninə getmədi, “TikTok”da gündəm oldu
-
56 kilo uşaq 170 kq qaldırdı - VİDEO
-
Azərbaycanlı məşhur bloqerlərin toy FOTOları müzakirə yaratdı
-
Bu avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
-
Soyuducuya maqnit yapışdıranlara ciddi xəbərdarlıq
-
Mahşəhr neft-kimya kompleksinə hücum edildi - ölənlər var
-
Safurə həyat yoldaşı ilə VİDEO paylaşdı
-
ABŞ-nin helikopterləri İranda vuruldu
-
Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi
-
Günün qoroskopu: Karyera pillələrində irəliləmək üçün çox əlverişli gündür
-
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
-
“Liverpul” son 11 ilin klub antirekordunu qırdı
-
Əraqçi bombardman olunan nüvə obyektlərinin siyahısını açıqlayıb
-
Gəncədə ata və anasından sonra nənə də 13 yaşlı qızdan imtina etdi - YENİLƏNİB
-
Avstraliyada güclü zəlzələ oldu
-
Bu testdən keçməyən yumurtanı əsla yeməyin
-
2026-cı ildə Dünyada İlin Avtomobili bəlli oldu: Zirvədə bir Alman nəhəngi
-
Kərə yağı ilə qatıq mayalamaq olar?
-
İsrail İranda neft-kimya kompleksinə zərbə endirdi
-
Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağır
-
Çiyələkləri yuduqdan sonra əsla soyuducuya qoymayın





