Cəmiyyət

Tanınmış blogger: "KVN rəhbərindən belə münasibət gözləməzdim"

30 İyul 2014 16:04
1 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Düşünürəm ki, bu videonun "Yutub"da yerləşdirilməsi onlara nəsə problem yaradıb və hirslərini kimdənsə çıxmaq istəyirlər"

Bu fikirləri blogger Mehman Hüseynov "Planet Parni iz Baku" teatrının bədii rəhbəri Tahir İmanovun aktual.az-a verdiyi müsahibəsində son konsertlərindən olan videogörüntülərini internetdə yayanları piratçıqlıqda ittiham etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, videonun yayılması piratçılıq deyil: "Deyə bilərdim ki, konsertdən bu parçanı kimsə çəkib mənə göndərib və beləcə bu məsələni bağlayardım. Amma yox, bunu çəkmişik də, yaymışıq da. Burada da nəsə pis bir şey görmürəm. Әslində, hansısa "manıs" müğənnilərdən kimsə mənə belə desəydi, boş verərdim. Amma "KVN"çilərdən bunu gözləməzdim. Onlar başa düşməliydilər ki, konsertə baxan elə insanlar olacaq ki, məhz Milli Məclis səhnəsi çox xoşlarına gələcək və bunu çəkib yayımlayacaqlar. Bu, normal haldı, piratçılıq deyil. Piratçılıq odur ki, konsertin orijinal versiyasını hardansa tapasan və kopyalayıb yayasan, bundan pul qazanasan. Bax bu, piratçılıqdı. Amma biz burada pul qazanmamışıq, əksinə, bəlkə də, konsertin bu hissəsini yaymaq "KVN-şik"lərə münasibətdə tamaşaçılarda daha çox maraq oyada biləcək məsələdir. Bəlkə, bu hissənin yayılmasından sonra hamı konsertin tam versiyası olan diskin çıxmasını gözləyəcək ki, gedib o diski alsınlar və s. Yəni bir tərəfdən reklam olunublar".

M.Hüseynov hesab edir ki, məsələni belə şişirtməyə dəyməz: "Biz onların pisliyini istəmirik ki? Onların tamaşalarını hər kəsə yayırıq, hamı da həvəslə baxır, sevir, alqışlayır. Burada heç bir pis hərəkət görmürəm. Onu da qeyd edim ki, konsertdən bu parçanı bizdən başqa da çəkib "Yutub"da yerləşdirənlər olub. Gəlin bir-birimizi başa düşək, bir-birimizə xoş münasibət göstərək. Necə ki, "KVN"çilər hər konsertin sonunda bu cür kəlmələr səsləndirirlər. Görünür, onlar hələ də səmimi deyillər".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.