Cəmiyyət

Yazıçılar Birliyi üzvlərinin dəqiq sayı müəyyənləşir

30 İyul 2014 12:13
0 Şərh     Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Yazıçılar Birliyindən Modern.az-a verilən məlumata görə, ədəbi qurumun üzvlərinin dəqiq sayı 650 nəfərdir.

Katibliyin əlavə olaraq verdiyi informasiyada bildirilir ki, qurultaydan əvvəl birliyin üzvlərinə yeni vəsiqələrin təqdim olunması üçün köhnələri təhvil vermələri elan olunub.

Yeni formatda olan vəsiqə isə 650 nəfərə təqdim olunub.

Xatırladaq ki, bu il 80 illik yubileyini qeyd edən AYB-nin axırıncı - XII qurultayında 400-dən çox nümayəndə iştirak edib.

Qeyd edək ki, AYB üzvlərinə köhnə vəsiqələrin təhvili üçün müraciət edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.