Cəmiyyət

Bakıda partlayan su borusu tıxac yaratdı - VİDEO

29 İyul 2014 10:09
0 Şərh     Baxış: 1 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləcəri qəsəbəsində aparılan inşaat işləri zamanı ərazidən keçən su borusu zədələnib, 4 metr hündürlüyündə fontan meydana gəlib

Bakıda partlayan su borusu nəqliyyatın hərəkətini çətinləşdirib.

ANS TV-nin məlumatina görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Biləcəri qəsəbəsində aparılan inşaat işləri zamanı ərazidən keçən su borusu zədələnib və bundan sonra borudan 4 metr hündürlüyündə fontan vurmağa başlayıb.

Bir neçə dəqiqədə partlayan su borusu yaxınlıqdakı ərazidən keçən Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətində problemlər yaradıb.

Bəzi sürücülər üçün bu hal problemə çevrilsə də, partlayan borudan sözün həqiqi mənasında sui-istifadə edənlər də tapıldı. Borudan çıxan su aylardır avtomobilini yumayan bəzi sürücülərə avtoyuma xidmətindən pulsuz yararlanmağa imkan yaratdı.

Ərazidə inşaat işləri aparan şirkətin nümayəndələri bir neçə dəfə cəhd etdikdən sonra partlayan borudan çıxan suyun qarşısını ala bildilər.

Qeyd edək ki, məhz bu boru vasitəsilə Ceyranbatan gölündən ötürülən su bir neçə rayon ərazisinə paylanılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.