Cəmiyyət

"Miss Globe İnternational" Beynəlxalq Gözəllik Müsabiqəsinin mətbuat konfransı təxirə salındı - YENİLƏNİB

30 İyul 2014 10:58
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
30.07.2014
10:58


Sabah - iyulun 30-da "Park İnn" otelinin 11-ci mərtəbəsində yerləşən "Eleven" restoranında keçirilməsi nəzərdə tutulan "Miss Globe İnternational" Beynəlxalq Gözəllik müsabiqəsinin mətbuat konfransı TƏXİRƏ SALINIR. Yeni tarix barədə sizi məlumatlandıracağıq.

-----------------
24.07.2014
17:47


Avqustun 23-ü Bakıda əsrarəngiz "Crystall Hall"da baş tutacaq dünyanın ən prestijli gözəllik müsabiqəsi - "Miss Globe İnternational" yarışmasına hazırlıqlar sürətlə davam edir. Yarışmanın təşkilatçısı "Signs ART Adventure" şirkətinin rəhbəri Nigar Məmmədova yarışmanın detallarını açıqlayıb: "Yarışmada Azərbaycanı təmsil edəcək gözəlimiz Banu Şücai hazırda qızğın məşq prosesi keçir. Lakin təmsilçimiz öz peşəkalığını artırmaq və final gecəsi qüsursuz səhnə performansı nümayiş etdirmək üçün məşqlərini Türkiyədə professional xoreoqraflarla davam etdirəcək. Bu məqsədlə "Miss Globe Azərbaycan" komandası avqustun əvvəlində Türkiyəyə yola düşəcək. Təmsilçimiz Banu Şücai və dünya şöhrətli xoreoqrafların iştirakı ilə Türkiyə mediası üçün mətbuat konfransı da keçiriləcək" .

Nigar Məmmədova müsabiqənin təşkilati hissəsində baş verən dəyişiklikdən də danışıb: "Bakıda keçiriləcək 89-cu "Miss Globe İnternational" Beynəlxalq Gözəllik yarışmasının təşkilatçılarında biri "Merac prodakşn" bəzi texniki səbəblərə görə yarışmanın təşkilatçılığından uzaqlaşdırılıb. Bu yarışma irimiqyaslı və ciddi yarışmadır. Burada hər şeydən öncə Azərbacanın adı təmsil olunur. Bunun üçün hər kəs öz məsuliyyətini dərk etməli və işinə ciddi yanaşmalıdır". O bildirib ki, final gecəsinin möhtəşəm olması üçün əsas təşkilatı işlərlə Türkiyədən gəlmiş "Miss Globe İnternational" komandası birbaşa məşğul olacaq.

89-cu "Miss Globe İnternational" Beynəlxalq Gözəllik müsabiqəsi öz qonaqları ilə də uzun müddət yadda qalacaq. Avqustun 23-ü möhtəşəm final mərhələsində iştirak etmək üçün türkiyəli məşhurlardan "Kurtlar vadisi" serialında Memati obrazı ilə tanıdığınız aktyor Gürkan Uyğun, rəqqasə Asena, müğənnilər Gökhan Özen, Demet Akalın, Kaan Gülsoy, rumıniyalı qrup "Radio Killer" və müğənni İnna, rusiyalı müğənni Lolita və digər məşhurlar Bakıya gələcəklər.

Məlumat üçün bildirək ki, "Miss Globe İnternational" müsabiqəsi 88-ci dəfə 2012-ci ildə keçirilib və müsabiqənin qalibi Braziliyanı təmsil edən Jakelyne De Oliveira münsiflər heyətindən 184 bal alaraq "Gözəllik Kraliçası" seçilib.

89-cu "Miss Globe İnternational" 2014-cü il avqustun 23-də Azərbaycanda ilk dəfə olaraq keçiriləcək. Müsabiqə 72 ölkədə canlı olaraq yayımlanacaq.

Xatırladaq ki, 120 ölkənin iştirak edəcəyi "Miss Globe İnternational" Gözəllik Müsabiqəsinin təşkilatçısı "Signs ART Adventure" şirkəti, layihənin baş sponsoru isə "Xəzər Adaları (Khazar İslands) layihəsidir.

BİLETLƏR SATIŞDA

"Miss Globe İnternational" Beynəlxalq Gözəllik müsabiqəsinin biletləri artıq satışda. 89-cu "Miss Globe İnternational" Beynəlxalq Gözəllik müsabiqəsi öz qonaqları ilə də uzun müddət yadda qalacaq. Gökhan Özen, Demet Akalın, Kaan Gülsoy, İnna, Lolita, qrup "Radio Killer" rəqqasə Asena, Memati obrazı ilə tanıdığınız aktyor Gürkan Uyğun və başqa sürpriz qonaqlar avqustun 23-ü Bakıda möhtəşəm "Crystall Hall" da olacaqlar. Şəhərin kassalarından biletləri əldə edin və 120-dən çox ölkəni təmsil edən gözəllərin iştirakı ilə baş tutacaq möhtəşəm final gecəsini izləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.