Cəmiyyət

İsti havaların sürücülərə təsiri

17 İyul 2014 18:24
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar respublika ərazisində yol qəzalarının sayı günü-gündən artmaqdadır. Son günlərin qəza ilə bağlı statistikasına nəzər yetirsək, görərik ki, qəzaların əksəriyyəti ölümlə nəticələnir. Bəs, görəsən, bu qəzaların havaların isti keçməsi ilə əlaqəsi nə dərəcədədir? Ümumiyyətlə, günorta saatlarında baş verən qəzalara isti hava təsir göstərirmi?

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, isti yay günlərində maşınında kondisioneri olmayan sürücülərdə həddindən artıq aqressiya müşahidə olunur. Bunu psixoloqlar da təsdiq edirlər. Xüsusən də, günorta saatlarında isti hava və onun nəticəsində avtomobilin dəmirinin qızması sürücülərə yuxu gətirir. Bu isə qəzanı qaçılmaz edir. Lakin müəyyən qazanc üçün və ya başqa səbəblərdən bəzi sürücülər günün əksər hissəsini rol arxasında keçirmək məcburiyyətində qalırlar. Sərnişinlərə gəlincə isə, isti hava şəraiti onların da minik vasitəsi seçiminə təsir edir.
 

Statistika da göstərir ki, son vaxtlar qəzaların sayında artım baş verib. Əgər ötən ilin ilk yarımilliyində Şəki ərazisində 2360 yol hərəkəti qayda pozuntusu baş vermişdisə, bu ilin müvafiq dövründə bu rəqəm 2550-yə yüksəlib. Bu il baş verən qayda pozuntularından 15-i avtoxuliqanlıq, 150-i sərxoşluq, 250-si sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsi, 80-i işıqforun qırmızı işığında keçmə, 147-si "giriş qadağındır" yol nişanının tələbinin pozulmasıdır. 2014- cü ilin ilk 6 ayı ərzində Şəki ərazisində ölüm və xəsarətlə nəticələnən 10 yol qəza hadisəsi qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.