Cəmiyyət

Ömrün müdriklik zirvəsində

17 İyul 2014 09:42
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Na­miq Hə­sə­nov Nax­çı­va­nda doğulub boya-başa çatan kadrlarımızdandır. Ali təh­si­lini başa vu­rduqdan sonra bir müd­dət doğulduğu Ba­bək ra­yo­nu­nun Cəhri kən­din­də fi­zika müəl­limi iş­lə­yib, son­radan rəhbər kom­so­mol işinə keç­ib. 1973-1977-ci illərdə Nax­çı­van şə­hər-ra­yon Kom­so­mol Ko­mi­tə­si­nin bi­rin­ci ka­tibi vəzifəsinə seçilib, şəhər Partiya Komitəsinin büro üzvü olub. Bu yük­sək etimad onun üçün əsl sı­naq mək­təbinə çevrilib. N.Həsəno­vun gənclərlə iş sahəsində təşkilatçılıq bacarığı, ictimaiyyətin rəğbətini qazandıran fər­di keyfiyyət­lə­ri o vaxtkı muxtar respublika rəhbərliyinin diq­qət­indən ya­yın­ma­yıb və o, vilayət Partiya Komitəsində məsul vəzifəyə irəli çəkilib, burada da öz çalışqanlığı, savadı və qabiliyyəti ilə fərqlənib.

Namiq Həsənov tək­cə ge­niş eru­di­si­yası olan bir kadr de­yil, həm də dəyərləri üstün tutan bir in­san­dır. O, azər­bay­can­lı adı­nı, öl­kə­si­nin mə­na­fe­yi­ni, şə­rə­fini hə­m ictimai həyatda, həm də çalışdığı kollektivlərdə uca tutan bir şəxsiy­yət­dir. Bu baxımdan onun 1983-1992-ci il­lər­də Nax­çı­van MR Da­xili İş­lər Na­zir­li­yi sistemin­dəki fəa­liy­yəti xü­susilə yad­da­ qa­lan olub. Bu məsul dövlət qurumun­dakı fəa­liy­yəti ilə də və­zi­fəyə kar­ye­ra, şan-şöh­rət na­minə de­yil, vətəninə, xal­qına lə­ya­qət­lə xid­mət et­mək üçün gəl­di­yini sü­but edə bilib.

Məlum olduğu kimi, ümum­mil­li li­de­rimiz, bö­yük ön­də­ri­miz Heydər Əliyev keç­miş SSRİ-nin si­yasi rəh­bər­li­yin­dəki və­zi­fə­lə­rin­dən istefa ver­dik­dən son­ra Moskvanın bir­başa ha­va­dar­lı­ğın­dan bəhrələnən er­məni mil­lət­çi­ləri ölkəmizə qar­şı ərazi id­dia­larına baş­ladılar. So­vet im­pe­ri­ya­sı­nın hələ tam sü­quta uğ­ra­ma­dı­ğı, rus qoşunlarının ərazilərimizdə olduğu, mil­li or­du­mu­zun isə hələ ya­radılmadığı bir vaxt­da er­mə­ni­lər­lə həm­sər­həd ra­yon­la­rımızın, sərhəd kəndlərimizin mü­dafiə­si, əha­li­nin təh­lü­kə­siz­li­yi­ və­zi­fəsi yal­nız da­xili iş­lər orqanlarının öh­də­sinə qal­mış­dı. Həmin ağır vaxtlarda - 1990-1992-ci il­lər­də polis pol­kov­niki Na­miq Hə­sə­no­vun po­lis ge­yi­mini hər­bi mun­dir­lə əvəz edib səh­ra ko­man­di­ri, çox vaxt adi və­tən mü­ca­hidi kimi düş­mən­lə aman­sız dö­yüşə gir­mə­sini, ilk gündən tor­paq­la­rı­mı­zın mü­dafiə­sinə qal­xan Nax­çı­van po­li­si­nin ön sı­ra­la­rın­da da­yan­masını hər kəs yax­şı xatır­la­yı­r. O, Sə­də­rək, Şa­da, Kər­mə­ça­taq, Buz­qov, Gün­nüt və di­gər yaşa­yış mən­tə­qə­lə­rindəki ən ağır döyüşlər za­manı əsil fədai kimi nümunə gös­tər­irdi. Hə­min dövr­də məhz Daxili İşlər Nazirliyi rəhbərliyinin, o cümlədən N.Hə­sə­no­vun ət­ra­fın­da bir­lə­şən po­lis və könül­lü özü­nü­mü­dafiə dəstələri Nax­çı­van tor­pa­ğı­nın bir qa­rı­şına da düş­mən aya­ğı­nın dəy­mə­sinə im­kan vermə­di­lər Çağ­daş ta­ri­xi­mi­zin ağrı­lı-a­cı­lı, faciə­vi sə­hi­fə­lə­ri­nin əsa­sı­nın qoyulduğu o dövrlərdə Na­miq Həsənovun xal­qına, elinə-obasına bağ­lı­lı­ğı bütün aydınlığı ilə üzə çıxdı. Təkcə vətənsevər bir rəhbər zabit kimi yox, Silahlı Qüvvələr və müharibə veteranı kimi ad qazandı.

Onun şəxsi rəhbərliyi ilə daşnak qüvvələrinin Şada və Kərməçataq kəndlərinə güclü basqınlarının qarşısının alınmasını, yəqin ki, Naxçıvan əha­lisi heç za­man unut­ma­ya­caq. Həmin dö­yüş­lə­rin bi­rin­də bir neçə kö­nül­lü­ və ağır yaralanmış milis nəfəri düş­mən möv­qe­lə­ri­nin nə­za­rəti al­tın­da qal­mış­dı. Na­miq Hə­sə­nov çətinliklə də olsa ruslardan döyüş helikopteri əldə edərək və hə­ya­tını təh­lü­kəyə ataraq döyüşçüləri­mizi ağır təhlükədən xi­las et­mişdi. Məhz bu keyfiyyət­ləri onu o za­man əqi­dəsi ci­bin­də, amalı və sə­da­qəti di­lin­də olan bir çox rəh­bər iş­çi­lər­dən fərq­lən­di­rir­di. Onun məhz bu parlaq in­sani cəhətləri və haqq işi uğ­run­da mücadiləsi ümum­mil­li lideri­miz Hey­dər Əli­ye­vin diq­qə­tin­dən yayınmadı və Naxçıvana gəl­diyi ilk gün­lər­dən N.Hə­sə­nov onun la­yiq­li köməkçisinə çev­ril­di.

Hey­dər Əli­yev şəx­siy­yəti Nax­çı­van əha­lisi üçün nə qə­dər əzə­mət­li, nə qədər əziz ol­sa da, bu fe­no­meni dərk et­mə­yən­lər də var idi. Mühafi­zə­kar­lar, mər­kə­zin tap­şı­rı­ğını ca­ni-dil­dən ye­rinə ye­ti­rən ra­di­kal qüv­və­lər belə adam­lar­dan is­ti­fadə et­məyə ça­lı­şır­dı­lar. Am­ma ümummil­li li­der Hey­dər Əli­ye­vin tək­cə Naxçı­van üçün de­yil, bü­tün Azər­bay­can üçün xi­las­karlıq mis­si­ya­sını yax­şı başa dü­şən Na­miq Həsə­nov və onun kimi zi­yalı in­san­lar təx­ri­bat­lara im­kan ver­mir, bü­tün qüv­və­lə­rin Ümum­mil­li Li­derin ət­ra­fın­da daha sıx bir­ləş­mə­sinə çalışırdı­lar.

N.Hə­sə­no­vun ulu öndər Heydər Əli­yev şəx­siy­yə­tinə və ideallarına son­suz sə­da­qəti o vaxt­kı Azər­bay­can iq­ti­da­rı­nın, Xalq Cəb­hə­si-Müsavat cüt­lü­yü­nün də diq­qə­tin­dən ya­yın­ma­dı. O vaxtkı iqtidarın muxtar respublikanın Daxili İşlər Nazirliyini ulu öndər Heydər Əliyevə qarşı çevirmək planlarının həyata keçməsinə imkan vermədiyinə görə, 1992-ci ildə N.Həsənovu qərəzli şəkildə həm vəzifədən, həm də orqan­­dan xaric edə­rək təqaü­də gön­dər­di­lər. La­kin o, həm öz əqidəsi, həm də Heydər Əli­ye­vin töv­si­yəsi ilə iş otağını tərk etmədi, nazirliyin parçalanmasına imkan vermədi, ha­di­sə­lə­rin ge­di­şinə nə­za­rət etdi, ulu ön­də­rin döv­lət­çi­lik ide­ya­la­rı­nın hə­yata ke­çi­ril­mə­sinə axıradək sədaqət­lə xid­mət gös­tə­r­di. O dövrdə səriştəsiz rəhbərliyin DİN-in, Televiziya və Radio Verilişləri Komitəsinin bi­nalarını si­lah­lı yolla ələ keçirərək Nax­çı­van­da döv­lət çevri­lişi etmək cəh­di­nin qar­şı­sı­nın alınma­sın­da Heydər Əli­ye­vin ən ya­xın köməkçilərindən, təşkilatçılarından biri də məhz Namiq Hə­sə­nov idi.

Ümummilli lider Hey­dər Əli­yev xal­qın tə­ləbi ilə Azər­bay­canda siyasi hakimiyyətə qayıdandan az sonra - 1994-cü ilin ap­re­lin­də Namiq Hə­sə­novu Nax­çı­van MR Ali Məc­li­si­nin səd­ri vəzifə­sinə töv­siyə et­di. Ulu öndər Hey­dər Əli­yev kimi fe­no­me­nal şəx­siy­yə­tin Nax­çı­van­da baş­la­dığı iş­ləri da­vam et­dir­mək nə qə­dər şə­rəf­li idi­sə, bir o qə­dər də çə­tin və mə­su­liy­yət­li idi. Na­miq Hə­sə­nov bu­rada da bö­yük ön­də­rin siyasi xət­tinə sə­da­qət nü­mu­nəsi gös­tə­rə­rək mux­tar respub­lika əhalisinə lə­ya­qət­lə xid­mət et­di. Qarşıda Nax­çı­va­nın eti­bar­lı müdafiəsini təmin et­mək üçün ye­nicə ya­ra­dıl­mış ni­zami or­du­nun möhkəmləndiril­mə­si, blo­ka­dada olan Nax­çı­van əha­li­sini elekt­rik enerji­si, yanacaq, çö­rək və digər zə­ruri ər­zaq məh­sul­ları ilə tə­min etmək kimi çətin vəzifə­lər du­rur­du. Ən ağır mə­qam­lar­da Ümum­mil­li Li­derin diq­qət və qay­ğı­sına eh­ti­yac olur­du. Bu dövr­də N.Həsənov Ulu Ön­dər­dən əxz et­diyi ənə­nə­lərə, iş üslubuna sa­diq qa­la­raq tez-tez əhali ilə gö­rüş­lər ke­çi­rir, on­ları çə­tin­lik­lə­rin tezlik­lə ara­dan qaldırılacağına inan­dı­rır­dı. Za­man gös­tər­di ki, Na­miq Həsənov qənaətlə­rin­də ya­nıl­ma­yıb. Onu el için­də nü­fuz və hör­mət sa­hibi edən əsas amil də elə bu­dur.

Azərbaycan Prezidentinin Sə­rən­camı ilə onun son iş yeri respubli­kanın Əmək və Əha­li­nin Sosial Mü­dafiə­si na­zi­ri­nin müa­vini vəzi­fə­si idi. N.Hə­sə­nov burada da ona göstərilən etimadı doğrultdu, yük­sək şəx­si key­fiy­yət­lə­rini ortaya qoydu, dövlətimizin sosial islahatlar xəttinin uğurla reallaşdırılması yolunda layiqli xidmət göstərdi.

İndi Namiq müəllim ömrünün müdriklik dövrünü yaşayır. O, 70 illik ömür yolunun zirvəsindən keçdiyi yola nəzər salaraq xatirələrini bizimlə həvəslə bölüşür, Azərbaycanın bugünkü uğurlarına ürəkdən sevinir. Onun bu uğurlara görə sevinməyə haqqı vardır...

Məmməd İsayev
Trend

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.