Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəxəssislərə görə, dondurmadakı yağlılıq 3 faizdən az olmamalıdır. Ekspertlər hesab edirlər ki, Azərbaycandakı dondurmaların 80 faizi quru süddən hazırlanır, 50 faizinə isə kərə yağı əvəzinə bitki yağı vurulur. Dondurma satışda 5 gün qala bilər, ancaq bir aya qədər saxlanılır. Bir neçə gün əvvəl İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "S.A.B.A. Şirkəti" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə, istehlakçıların çaşdırılmasına səbəb olan dondurmaların istehsal edildiyi müəyyən olunub.
Nazirliyin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, yoxlama zamanı "Charlie", "Saturn" və "Lunnıe Noçi" əmtəə nişanlı dondurmaların ön tərəfindəki markalanma məlumatlarının, habelə "Stakanik", "Ice dream", "SSSR" və "QOST" adlı dondurmaların adları və ön tərəfindəki markalanma məlumatlarının istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada yalnız xarici dildə verildiyi müəyyən edilib. Bundan başqa, "Saturn" əmtəə nişanlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə məlumatın verilmədiyi, "Baton" karamelli və "Lovetta" adlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi aşkarlanıb. Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "S.A.B.A. Şirkəti" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Biz də bu dondurmaların satışda olub-olmadığını öyrənmək üçün bir neçə ərzaq mağazasına baş çəkdik. Satışda müxtəlif adda, o cümlədən SSRİ dondurmasına da rast gəldik. Satıcıdan bu dondurmanın harada istehsal olunduğunu soruşduq. O, SSRİ dondurmasının harada istehsal olunmasından xəbərsiz olduğunu dedi. Mağazalarda daha çox yerli və Türkiyə istehsalı olan dondurmalara rast gəldik. Rusiya istehsalı olan dondurmalar isə azlıq təşkil edirdi. Satıcılar daha çox yerli dondurmaların satıldığını dedilər. Ancaq bəzi dondurmalar vardı ki, onların istehsal tarixi yox idi. Satıcıdan dondurmanın istehsal tarixinin niyə olmadığını soruşduqda isə o, dondurmaların firmadan o cür gəldiyini və istehsal tarixinin olub-olmamasına diqqət etmədiklərini bildirdi.
Bu cür saxta, rus adları olan və istehsal tarixi olmayan dondurmalarla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da fikrini aldıq. E.Hüseynov dondurmaların həm markalanmasında, həm də tərkibində problemlər olduğunu dedi: "Mənim Londondan qonağım gəlmişdi. O, SSRİ dondurmasını görən kimi gedib onun şəklini çəkdi. Təəccüblə məndən soruşdu ki, Azərbaycan vətəndaşları SSRİ-dən ötrü yəni bu qədər çox darıxıblar ki, dondurması brend kimi ortalığa çıxıb? Mən çox pis oldum. Əlbəttə ki, bu mənim pis işləməyimin nəticəsidir. Çox təəssüf ki, ölkədə istehlakçılar üçün məlumat standartı yoxdur. Baxmayaraq ki, Elmlər Akademiyasında bu işlərə, markalanmaya nəzarət edən qurum var, o da neçə illərdir bir iş görə bilməyib. İndi Qulu Məhərrəmli Elmlər Akademiyasında monitorinq qrupunun rəhbəri təyin olunub. Tanınan jurnalist Qulu Məhərrəmli din normalarının gözlənilməsi və markalanma mərhələsində ciddi dəyişikliklər aparacaq. Bizim əməkdaşlığımız da başlayacaq. Problem yalnız dondurmaların markalanmasında deyil, həm də tərkibindədir. Hər həftə bizə istehlakçılar tərəfindən dondurmaların keyfiyyəti barədə 5-6 telefon zəngi daxil olur.
Dondurmaların ərzaq məhsulu olaraq son mühüm parametrlərindən biri yararlılıq və saxlanma müddətidir. Dondurmaların mənfi 18 dərəcədən yüksək olmayan temperaturda saxlanma şkalası belədir: Süni dondurmalar 1 ay, qaymaqlı dondurmalar 1,5 ay, plombirlər 2 ay, pirojna, tort və kekslər 15 gün, meyvəli, giləmeyvəli və aromatik dondurmalar isə 1, 5 ay müddətində saxlana bilər. Lakin mənfi 18 dərəcədən aşağı temperaturda dondurmanın ən çox saxlanma müddəti 10 ay ola bilər. Bu, standartların müəyyən etdiyi normalardır. İstehlakçılar bilməlidir ki, dondurmanı dilin üstünə qoyanda təzə qaymaq dadı verməlidir. Çünki süd məhsuludur. Lakin Azərbaycanda satılan dondurmaların 70 faizinə standartların əksinə olaraq yağlılığını artırmaq üçün kərə yağı əvəzinə piylər, marqarinlər və bitki yağları qarışdırılır. Ona görə də boğazda acılıq dadı verir".
E.Hüseynov 8-ə yaxın dondurma sexində monitorinqlər apardığını dedi: "Biz monitorinqlər apardıq və yalnız "İceland" dondurma sexinin qida təhlükəsizlik nişanına uyğun gəldiyini müəyyən etdik".
musavat.com
Dondurmaya vurulan bu qatqıdan xəbəriniz var?
21 İyun 2014 10:44
0 Şərh
Baxış: 3 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Havaların daha da istiləşməsi dondurmalara olan tələbatı artırıb. İsti havaların bəlkə də bir nömrəli qidası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd məhsulları arasında xüsusi yer tutur. Amma təəssüf ki, yaz-yay mövsümündə seçib sevə-sevə aldığımız dondurmalar arasında saxta məhsulların artdığı müşahidə edilir. Bu isə insan həyatı üçün təhlükəlidir.Eyyub Hüseynov: "Problem yalnız dondurmaların markalanmasında deyil, həm də tərkibindədir"
Mütəxəssislərə görə, dondurmadakı yağlılıq 3 faizdən az olmamalıdır. Ekspertlər hesab edirlər ki, Azərbaycandakı dondurmaların 80 faizi quru süddən hazırlanır, 50 faizinə isə kərə yağı əvəzinə bitki yağı vurulur. Dondurma satışda 5 gün qala bilər, ancaq bir aya qədər saxlanılır. Bir neçə gün əvvəl İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "S.A.B.A. Şirkəti" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə, istehlakçıların çaşdırılmasına səbəb olan dondurmaların istehsal edildiyi müəyyən olunub.
Nazirliyin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, yoxlama zamanı "Charlie", "Saturn" və "Lunnıe Noçi" əmtəə nişanlı dondurmaların ön tərəfindəki markalanma məlumatlarının, habelə "Stakanik", "Ice dream", "SSSR" və "QOST" adlı dondurmaların adları və ön tərəfindəki markalanma məlumatlarının istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada yalnız xarici dildə verildiyi müəyyən edilib. Bundan başqa, "Saturn" əmtəə nişanlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə məlumatın verilmədiyi, "Baton" karamelli və "Lovetta" adlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi aşkarlanıb. Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "S.A.B.A. Şirkəti" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Biz də bu dondurmaların satışda olub-olmadığını öyrənmək üçün bir neçə ərzaq mağazasına baş çəkdik. Satışda müxtəlif adda, o cümlədən SSRİ dondurmasına da rast gəldik. Satıcıdan bu dondurmanın harada istehsal olunduğunu soruşduq. O, SSRİ dondurmasının harada istehsal olunmasından xəbərsiz olduğunu dedi. Mağazalarda daha çox yerli və Türkiyə istehsalı olan dondurmalara rast gəldik. Rusiya istehsalı olan dondurmalar isə azlıq təşkil edirdi. Satıcılar daha çox yerli dondurmaların satıldığını dedilər. Ancaq bəzi dondurmalar vardı ki, onların istehsal tarixi yox idi. Satıcıdan dondurmanın istehsal tarixinin niyə olmadığını soruşduqda isə o, dondurmaların firmadan o cür gəldiyini və istehsal tarixinin olub-olmamasına diqqət etmədiklərini bildirdi.
Bu cür saxta, rus adları olan və istehsal tarixi olmayan dondurmalarla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da fikrini aldıq. E.Hüseynov dondurmaların həm markalanmasında, həm də tərkibində problemlər olduğunu dedi: "Mənim Londondan qonağım gəlmişdi. O, SSRİ dondurmasını görən kimi gedib onun şəklini çəkdi. Təəccüblə məndən soruşdu ki, Azərbaycan vətəndaşları SSRİ-dən ötrü yəni bu qədər çox darıxıblar ki, dondurması brend kimi ortalığa çıxıb? Mən çox pis oldum. Əlbəttə ki, bu mənim pis işləməyimin nəticəsidir. Çox təəssüf ki, ölkədə istehlakçılar üçün məlumat standartı yoxdur. Baxmayaraq ki, Elmlər Akademiyasında bu işlərə, markalanmaya nəzarət edən qurum var, o da neçə illərdir bir iş görə bilməyib. İndi Qulu Məhərrəmli Elmlər Akademiyasında monitorinq qrupunun rəhbəri təyin olunub. Tanınan jurnalist Qulu Məhərrəmli din normalarının gözlənilməsi və markalanma mərhələsində ciddi dəyişikliklər aparacaq. Bizim əməkdaşlığımız da başlayacaq. Problem yalnız dondurmaların markalanmasında deyil, həm də tərkibindədir. Hər həftə bizə istehlakçılar tərəfindən dondurmaların keyfiyyəti barədə 5-6 telefon zəngi daxil olur.
Dondurmaların ərzaq məhsulu olaraq son mühüm parametrlərindən biri yararlılıq və saxlanma müddətidir. Dondurmaların mənfi 18 dərəcədən yüksək olmayan temperaturda saxlanma şkalası belədir: Süni dondurmalar 1 ay, qaymaqlı dondurmalar 1,5 ay, plombirlər 2 ay, pirojna, tort və kekslər 15 gün, meyvəli, giləmeyvəli və aromatik dondurmalar isə 1, 5 ay müddətində saxlana bilər. Lakin mənfi 18 dərəcədən aşağı temperaturda dondurmanın ən çox saxlanma müddəti 10 ay ola bilər. Bu, standartların müəyyən etdiyi normalardır. İstehlakçılar bilməlidir ki, dondurmanı dilin üstünə qoyanda təzə qaymaq dadı verməlidir. Çünki süd məhsuludur. Lakin Azərbaycanda satılan dondurmaların 70 faizinə standartların əksinə olaraq yağlılığını artırmaq üçün kərə yağı əvəzinə piylər, marqarinlər və bitki yağları qarışdırılır. Ona görə də boğazda acılıq dadı verir".
E.Hüseynov 8-ə yaxın dondurma sexində monitorinqlər apardığını dedi: "Biz monitorinqlər apardıq və yalnız "İceland" dondurma sexinin qida təhlükəsizlik nişanına uyğun gəldiyini müəyyən etdik".
musavat.com
DİGƏR XƏBƏRLƏR
-
Kimlər adını dəyişə bilməz? - Rəsmi
-
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
-
Azərbaycanda 10 min manat maaşlı işlər var - Vakansiyalar açıqlandı
-
Bakı metrosundan bir ayda neçə milyon sərnişin istifadə edib?
-
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
-
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
XƏBƏR LENTİ
-
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq
-
Yusif Məmmədəliyev küçəsində obyekt yanır - (Yenilənib/Video)
-
Ucarda 1 tondan çox narkotik tərkibli bitki məhv edildi
-
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
-
Rusiya Qara dənizdə Ukrayna üçün yük daşıyan gəmilərə zərbə endirib
-
Cüdoçumuzun atası vəfat etdi
-
Tərtərdəki hadisənin təfərrüatı: Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
-
Kimlər adını dəyişə bilməz? - Rəsmi
-
Zərdabda qəsdən yanğın törədən şəxs müəyyən edildi
-
Kuşadası Bələdiyyəsinə qarşı əməliyyat: 15 nəfər saxlanıldı
-
Tibb müəssisələrində yoxlamalar: 39 obyektdə nöqsan aşkarlanıb
-
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
-
Azərbaycanda 10 min manat maaşlı işlər var - Vakansiyalar açıqlandı
-
Bakı metrosundan bir ayda neçə milyon sərnişin istifadə edib?
-
Bir gündə 55 cinayət açıldı
-
Tamilladan Elton Hüseynəliyevə romantik təbrik
-
Naxçıvanda kanalda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
-
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
-
Qış gəlməmiş bu işi görün - “Azəristiliktəchizat”dan vacib çağırış
-
ABŞ Rusiyadan həbsdə olan vətəndaşının azadlığa buraxılmasını istəyib
-
İmişlidə 5 yaşlı uşaq traktorun vurması nəticəsində ölüb
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
-
Gürcüstan Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysi niyə qəbul edə bilmir?





