Azərbaycanda ölüm hökmü bərpa olunsun?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az anspress-ə istinadən bildirir ki, adamlar hesab edir ki, ölüm hökmünün xofu insanları nisbətən islah edəcək, qətllərin sayı azalacaq. Amma əlbəttə əksər hüquqşünaslar, vəkillər, yəni xüsusilə məhkəmə sektoruna bələd olanlar deyirlər ki, bu günkü Azərbaycan reallığında, yəni ədalətli məhkəmə sisteminin olmadığı bir vaxtda ölüm hökmünün bərpasından danışmaq yersiz və hətta yolverilməzdir.
Onların fikrincə, ən demokratik ölkələrdə də belə məhkəmələr səhv ölüm hökmü çıxarır. Məsələn, beynəlxalq təşkilatın araşdırmasına görə, hətta ABŞ-ın özündə belə 2000-ci ildə barəsində səhv hökm çıxarılan 12 nəfərə qarşı ölüm cəzası icra edilib. 2003-də bu rəqəm 10, 2009-cu ildə bu 9 hal təşkil edib. Deməli, Azərbaycanda da heç kim bu aqibətdən sığortalanmayıb və bu mənada ölüm hökmünün bərpasına maraq göstərməkdənsə, cəzaların sərtləşdirilməsini təklif edənlər var. Çünki yaxın bir neçə ay əvvələ kimi Cinayət Məcəlləsində insanlar arasında necə deyərlər ən populyar maddə olan 120-ci maddə, yəni qəsdən adam öldürməyə görə ən aşağı cəza 7, ən yuxarı cəza 15 il idi. Sonradan dövlət başçısının qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən Milli Məclis xüsusilə şəxsiyyət əleyhinə olan cəzaları sərtləşdirdi. Və bu gün ən aşağı cəza 9, ən yuxarı cəza 20 ildir ki, bunun özü də müzakirə mövzusudur.
Millət vəkili Rəfael Cəbrayılov ümumilikdə cəzaların sərtləşdirməsinin tərəfdarı deyil: "Amma insan həyatına qəsdən törədilən cinayət görə cəzanın sərtləşdirilməsinin mən bu gündə tərəfdarıyam".
Bəs, qanunun sərtləşdirilməsi cəmiyyətdə bir nizam-intizam yaradacaqmı? Yəni, tutaq ki, bu cavan oğlan iki körpə uşaq anası olan arvadını öldürəndə həqiqətənmi ona verilən cəzanın müddətinin az olmasını düşünüb və sabah da cəzasının dörddə üçünü çəkib çıxacağından əmin olduğu üçün bu addımı atıb? Və yaxud, ondan boşanmaq istəyən arvadını, hətta onun işlədiyi xəstəxanada gəlib öldürən ərin qarşısını cəzaların sərtləşdirilməsi hansısa formada ala bilərmi? Məncə ata mülkünə sahiblənməyə görə qardaşını öldürən qardaşın da ən son fikirləşdiyi şey bu işin müqabilində onu gözləyən cəzanın formasıdır. Bəli, əksəriyyət də düşünür ki, qətllərin artmasının qarşısını almaq üçün cəzaların sərtləşdirilməsi bəlkə də məsələnin ən asan yoludur.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, sosial problemlərə dövlət qayğısının biraz da artırılması və ən başlıca da ailə institutunun deformasiyaya uğramasının qarşısını almaq lazımdır.
Bəli, bu problemlər bu gün əksəriyyətin evində, ailəsində yaşanır. Odur ki, baş verənlərə qarşı heç kim tükünü də tərpətmir.
Psixoloq Ramil Əliyev deyir ki, bu gün insanlarda əhval-ruhiyyə yüksək olmur ki, başqasının problemlərinə reaksiya versinlər: "Artıq insanların hər birinin həyatınada bu cür hallar artır. Sadəcə olaraq bu kimdəsə, bu hal pik nöqtəsinə çatır və bunu həyata keçirir".
Deməli, problemi xüsusilə insan əxlaqında axtarmalıyıq. Əxlaqı isə cəmiyyətdən də qabaq ailə və məktəb formalaşdırır. Ailə kiçik dövlətdir, ona kənar müdaxilə olmaz. Bəs məktəblər? Bu gün əlini qana batıran 15 yaşlı məktəblinin qatilə çevrilməsində doğurdanmı məktəbin rolu yoxdur?
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





