Hələ ta qədim zamanlardan Gəncə şəhərinin su ilə təchizatında kəhrizlər mühüm rol oynayıb. Bu kəhrizlər hesabına şəhər əhalisinin həm içməli su, həm də suvarmaya olan su tələbatı tam ödənilirdi. Lakin bu günümüzə Gəncə kəhrizlərindən yalnız 1-2-si mövcuddur və onlardan əvvəlki tək istifadə olunmur.
Qeyd edək ki, Azərbaycanda kəhrizlərdən daha çox Gəncədə istifadə olunub. Demək olar ki, şəhərin hər bir məhəlləsinin özünün ayrıca kəhrizi olub. Bu kəhrizlərdən insanlar suya olan tələbatını ödəmək üçün istifadə ediblər. Tarixi mənbələrdə Gəncədə 65-dən çox kəhrizin olduğu qeyd olunur.
Samir Pişnamazzadə, AMEA-nın Gəncə bölməsinin direktor müavini: "Əvvəla kəhriz sözünün mənası sərinlikdən kəsən deməkdir. Yəni bu, yeraltı su olduğuna görə və əsasən, bu, içməli su kimi istifadə olunubdur Gəncədə. Burada kəhriz qazdırmaq adət olub. Hədəf, əsasən, ondan ibarət olub ki, burada sərin su mövcud olsun".
Lakin müasirləşmə və tələbatın artması kəhrizlərin sıradan çıxmasına yol açıb. Bu gün şəhərin bir neçə istiqamətində həmin kəhrizlər mövcud olsa da, ya ümumiyyətlə, yararsız vəziyyətdədir, ya da yalnız suvarma suyu kimi istifadə edilir.
Bir zamanlar kəhrizlər Gəncənin əsas içməli su mənbəyi hesab edilirdisə, lakin bu gün kəhrizlərdən, demək olar ki, istifadə olunmur. Buna səbəb həm kəhrizlərin bərbad vəziyyətdə olması, həm də kəhriz sularının ekoloji tələblərə cavab verməməsidir. Belə deməyə Gəncə şəhər GEM-in apardığı laborator analizlərin cavabları əsas verir.
Fazil Nəbiyev, Gəncə şəhər GEM-in bölmə müdiri: "Laborator analizlərin nəticələri onu göstərmişdir ki, bu kəhrizlər yüksək çirklənmə ehtimalına malikdir. Məsələn, bizdə içməli suyun koli indeksi normada 3 olmalıdır. Amma kəhrizlərdən götürülmüş su nümunələri laborator şəraitdə müayinə olunduqda bu göstəricinin qat-qat çox olduğu aşkar olunmuşdur. Ona görə də biz bu suların əhali tərəfindən istifadəsini qadağan etmişik".
Kəhrizlərin içməli su mənbəyi kimi sıradan çıxması bu gün Gəncədə bu istiqamətdə yeni layihələrin həyata keçirilməsini labüd edib. Artıq 3 mənbədən şəhərə su xətləri çəkilib. Və əhalinin içməli su ilə tam təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gəncə kəhrizləri niyə sıradan çıxır?
18 İyun 2014 17:50
0 Şərh
Baxış: 1 679

DİGƏR XƏBƏRLƏR
-
Bakıda fantastik qiymətə gilas SATILIR
-
Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi - elə reaksiya verdi ki... - VİDEO
-
“Soyuqda həyətə çıxarıb üzərinə su tökürdü, başını yerə çırpırdı” - Bakıda DƏHŞƏT
-
Azərbaycanda baş müəllim VƏFAT ETDİ - FOTO
-
Bakıda 15 yaşlı qıza toy etdilər
-
Günün qoroskopu: heç nə səni sarsıda bilməz
XƏBƏR LENTİ
-
Makron bu əşyanı tez gizlətdi - VİDEO
-
Mahir bacısı və sevgilisi ilə - FOTO
-
“Eşref Rüya”da ayrılıq - FOTO
-
"Kəpəz" "Sumqayıt"ı məğlub etdi
-
Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi - FOTO
-
Sabiq vəzifəli şəxs vəfat etdi - FOTO
-
Həmyerlimizə ABŞ-də yüksək vəzifə verildi - FOTO
-
"Qarabağ" - "Araz-Naxçıvan" matçı üçün heyətlər
-
Qeyri-sabit hava bu tarixədək davam edəcək
-
Yeni Papanın qol saatı müzakirə yaratdı - FOTO
-
Neslihandan oğlu ilə FOTO
-
“Yango"nun taksisi köşkə ÇIRPILDI - VİDEO
-
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
-
Bu 5 əlamət varsa, maşınınız tezliklə ustaya düşəcək
-
Hindistan və Pakistan buna görə 3 dəfə müharibə edib
-
"Mənə bata bilməyəcəksiniz" - kanalın işçilərini İFŞA ETDİ
-
Fotosunu çəkdiyi qızları Yamal belə ALDATDI - VİDEO
-
Açıq-saçıq geyimdə metroya minib ona baxan kişiləri belə ifşa etdi - VİDEO
-
Bakıda fantastik qiymətə gilas SATILIR
-
Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox təsir edir
-
Xalq artistinin toyda rəqsi QINANDI - VİDEO
-
“Kurtlar Vadisi”nin aktrisasından üzücü XƏBƏR – FOTO
-
Zukerberqin 20 il əvvəlki sözləri başına bəla oldu
-
Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi - elə reaksiya verdi ki... - VİDEO