Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli qardaşı Araz Kəsəmənlinin həbsi ilə bağlı sensasiyalı açıqlama verib. Milli.Az xəbər verir ki, Qafqazinfo-ya açıqlamasında Rəşad Kəsəmənli qardaşının haqsız yerə həbs olunduğunu bildirib: "Bütün faktlar əlimizdədir. Dostum, qardaşım Araz və məni toya getdiyimiz yerdə maşını saxladıb özlərini təqdim etmədən Arazı apardılar. Narkotikdən qardaşımın əl izi çıxmayıb, ömründə narkotikdan istifadə etməyib. Ekpertizanın rəyi var, Arazın qanı yoxlanılıb və narkotikdən istifadə etmədiyi təsdiqlənib. Nə ondan mal alan var, nə onun mal satdığı var. Ortada sübut yoxdur. Lakin Arazı "Külli miqdarda narkotika vasitəsini mənimsəmək" maddəsi ilə mühakimə edirlər".
Rəşad Kəsəmənli qardaşına prokurorun 10 il iş istəməsinə də münasibət bildirib: "Hakim əməliyyatın rəisindən soruşur ki, bunu narkotika alan və satan yerdə görmüsən, narkotikada əl izi var? İttihamçı cavab verir ki, görməmişəm. Axır hakim əsəbləşdi ki, bəs nə əsasla onu ittiham edirsiniz. Belə haqsızlıq olmaz. Əməliyyatın rəisi yalandan deyir ki, Araz həbs ediləndə maşında tək olub. Əməliyyat qrupunda olan digər üç nəfər deyir ki, maşında üç nəfər olublar. Bəs biz orada olmamışıqsa, sənədlərin içində necə bizim izahatımız var? Qardaşımı kimin həbs etdirmək istədiyini bilmirik, heç nədən xəbərimiz yoxdur. Bilsək, gedib tutub soruşaram ki, qeyrətin, evində anan, bacın, balan var? Adam belə haqsızlıq etməz. Xahiş edirəm, media nümayəndələri məhkəməyə gəlsin, sübutlara baxsınlar. Görəcəklər ki, hər şey bizim lehimizədir.
Məhkəmə prosesi aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində saat 12:30-da baş tutacaq".
Qeyd edək ki, Araz Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- 12 yaşına qədər uşaqlar ön oturacaqda əyləşə bilərlər? - VİDEO
- Günün qoroskopu: asan gün deyil
- Növbəti köç karvanı Xocalıya çatıb - YENİLƏNİB - FOTO
- Şeyxin 45 il əvvəlki görüntüsü - FOTO
- Bakıda ŞOK OLAY: Qadın hirsini sevgilisinin LÜKS avtomobilindən çıxardı - VİDEO
- Əfv olunan şəxsi QARŞILAYAN OLMADI - VİDEO
XƏBƏR LENTİ
- Zəngilanda III Beynəlxalq Humanitar Minatəmizləmə Konfransı başladı
- “Olimpiakos”un “Sabah” və “Sumqayıt”la yolları ayrıldı: 2 yeni rəqib
- İlkin yeni maşını ilə qəzaya düşdü - FOTO
- İslamabadda Azərbaycan və Pakistan XİN rəhbərlərinin görüşü başladı
- Bu prospektdə hərəkət məhdudlaşdırılacaq
- Baloğlanı xatırlayıb AĞLADI - VİDEO
- Azərbaycanda Həcc ziyarətinin qiyməti niyə qalxıb?
- Türkiyədə səsdən sürətli ANKA-3 PUA-sı istehsal olunacaq - VİDEO - FOTO
- Qonşu ölkədə güclü zəlzələ oldu
- Tanınmış bloqer ağır qəzaya düşdü - Xəstəxanadadır - VİDEO - FOTO
- Mərakeşli hücumçu Messini keçdi
- İranda prezident seçkilərinə qeydiyyat başladı
- Tanınmış aktrisa vəfat etdi
- Bakıda qadın kişini öldürdü
- Tramp seçkilərdə qalib gəlsə, Maska vəzifə təklif edəcək?
- Səhərlər başımız niyə ağrıyır? - 5 əsas səbəb
- Lunyov 17-ci oldu
- Kırıkkaledə ağır qəza - 22 yaralı var - FOTO
- “Diplomlar şadlıq evinə işləyir”
- Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun növbəti iclası keçirildi - FOTO
- Xəzərdə axtarışlara başlanıldı
- Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqladı
- Britaniya parlamenti buraxıldı
- Son 22 ildə ilk dəfə