Məlum olduğu kimi Azərbaycan mediasında bir neçə gündür ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun paytaxtın Zığ-Hava limanı şossesində sürət yarışına çıxmağı ilə bağlı "virtualaz.org" xəbər saytının yaydığı xəbərlər müzakirə olunur.
Yayılan məlumatlarda 10 LZ 100 dövlət nömrə nişanlı avtomobilinin sahibi Məmmədov Aynar Elton oğlu iddia olunsa da, ancaq deputat Elton Məmmədov bu xəbərləri "böhtan" adlandırdı. O, hətta həmin avtomobillərin kimə məxsus olmasını da açıqlayıb. Deputat aznews.az-a deyib ki, sözügedən "10 LZ 100" dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobil paytaxtın Nəsimi rayon sakini Bağırov Zaur Mətləb oğluna məxsusdur. E.Məmmədov Zaur Bağırovun Nəqliyyat Nazirliyi ilə heç bir əlaqəsi olmadığını da söyləyib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi Bağırov Zaur Mətləb oğlu barədə qısa araşdırma aparılıb.
Məlum olub ki, Zaur Bağırov hazırda Nəqliyyat Nazirliyinin balansında olan "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Z.Bağırov Elton Məmmədovun ailəvi yaxın tanışıdır.
Hətta Z.Bağırovun Aynar Məmmədovla müxtəlif məkanlarda bahalı avtomobillərdə və dəbdəbəli həyat tərzlərini əks etdirən birgə fotoları da var.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Bakıda deputat oğlu ilə bağlı qalmaqal böyüyür - FOTO
22 Aprel 2014 19:27
Baxış: 9 831
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Detalları sonra fikirləşərsiniz
- Bakıda təhlükə saçan lüks avtomobilin sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
- 18 yaşlı Lamiyə yaşlı qonşu kişiyə qoşulub qaçdı - VİDEO - FOTO
- "Cığır" romanı Türkiyə türkcəsində ikinci dəfə çap edildi
- Ərinə əsəbiləşən qadın küçənin ortasında SOYUNDU - VİDEO
- 12 yaşına qədər uşaqlar ön oturacaqda əyləşə bilərlər? - VİDEO
XƏBƏR LENTİ
- ABŞ Ermənistan, Moldova və Ukraynaya hərbi müşavirlər göndərib
- Qan təzyiqiniz kəskin yüksəldikdə BUNU ETMƏYİN
- Putinin iqamətgahı yandı - İDDİA - FOTO
- Mənası pis olan hədiyyələr: İnsanların ağlına gəlməz
- Günün qoroskopu: Detalları sonra fikirləşərsiniz
- Bu qidaları südlə birlikdə yemək olmaz
- İrəvanda zəlzələ oldu
- Simonyan ələ saldı: Hanı “artsax bayraqları”?
- İran "iPhone"u tam qadağan etdi
- Çingizdən anası ilə bağlı paylaşım - FOTO
- Nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir?
- Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gəlib
- Paytaxtın bu ərazilərində qaz olmayacaq
- Hindistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
- Bakı və Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib
- Günə bu qida ilə başlayın - İnanılmaz faydaları var
- "Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq
- Rumıniyada "HIMARS" sistemləri üçün xidmət mərkəzi açılıb
- Blinken Çexiya hökumətinin üzvləri ilə Ukraynaya yardımı müzakirə edib
- Asiyanın ən varlı adamı arvadına 77 milyonluq ev hədiyyə etdi - FOTO
- Daha 23 nəfərin bank kartından pul oğurlandı
- İsrail Misir vasitəsilə bizə bu mesajı göndərdi - İran
- “Real”ın ÇL-in finalı üçün iştirak ərizəsi - SİYAHI
- "iPhone 16"da bu yenilik olacaq - FOTO