Cəmiyyət

"Bakı Metropoliteni"nin sözünü kim deyəcək?

21 Aprel 2014 16:58
0 Şərh     Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Metropoliteni" QSC-də mətbuat xidməti rəhbərinin dəyişdirildiyi barədə xəbər yayılıb

Məlumatlarda bu vəzifəyə əvvəllər "Barmek" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsində, sonralar "Bakıelektrikşəbəkə"də işləyən Nəsimi Paşayevin təyin olunduğu, Nəzakət Tanrıverdiyevanın isə işdən kənarlaşdırıldığı bildirilir. Amma xəbər hələ rəsmən təsdiqlənməyib.

Milli.Az xəbər verir ki, belə ki, "Bakıelektrikşəbəkə"dən bu gün modern.az saytına verilən məlumatda bildirilib ki, təyinat hələ baş tutmadığından Nəsimi Paşayev elə burada işinə davam edir.

Nəsimi Paşayevin özü isə təyinat rəsmiləşmədiyindən telefonlara cavab verməkdən yayınır.

"Bakı Metropoliten"də mətbuat xidmətinin telefonlarına, hələ ki, cavab verən bir kimsə yoxdur.

Prezidentin 2014-cü il fevralın 27-də imzaladığı sərəncama əsasən, "Bakı Metropoliteni"nin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Yeni qurumun sədri vəzifəsinə bu təyinatadək "Bakıelektrikşəbəkə" ASC-nin sədr müavini işləmiş Zaur Hüseynov gətirilib.

Verilən məlumata görə, hazırda yeni qurumun formalaşdırılması prosesi gedir, QSC-nin nizamnaməsi hazırlanır. Nizamnamə hazır olandan sonra "Bakı Metropoliteni"nin yeni rəis müavinləri də ölkə başçısı tərəfindən təsdiqlənəcək.

"Bakı Metropoliteni" QSC-də hər şeyə bu ayın sonunda - qurumun yeni Nizamnaməsi təsdiqlənəndən sonra aydınlıq gələcək. O zaman kimin işdə qalıb, kimin qalmayacağı da konkretləşəcək. Eləcə də "Bakı Metropoliteni"ndə struktur dəyişikliyi, mətbuat xidmətinin rəhbəri bəlli olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.