Cəmiyyət

Poçtlarda sayğacların smart-kartlarını yükləmək mümkün olacaq

21 Aprel 2014 17:21
0 Şərh     Baxış: 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qaz və su üzrə kommunal xidmətlərin haqqının ödənişi üçün istifadə olunan smart-kartları "Azərpoçt" MMC-nin şəbəkəsində yükləmək mümkün olacaq.

Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, layihənin inteqratoru poçt operatoru üçün proqram təminatını hazırlayan "Komtec" (MilliÖN ödəniş sistemlərinin quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) şirkətidir. Yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcək sistem hazırda sınaqdan keçirilir.

Bundan başqa, poçt şöbələrinin MilliÖN ödəniş terminalları ilə təchizatı nəzərdə tutulur. Hazırda poçt şöbələrinin həmin terminallarla təchizatı üzrə danışıqlar aparılır və terminallar yaxın vaxtlarda poçt operatorunun şəbəkələrində yerləşdirilə bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.