Cəmiyyət

Qafqaz Universitetinin rektoru: "Bu, çox çirkin oyundur"

21 Aprel 2014 17:00
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qafqaz Universitetinin rektoru Ahmet Saniç xarici və ölkə mediasında onun, "Çağ Öyretim İşletmeleri" şirkətinin rəhbəri Enver Özerenin, Bahri Topuzun və daha 5 nəfərin yaxın günlərdə deportasiya ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Milli.Az bildirir ki, rektor A.Saniç publika.az-a açıqlamasında yayılan məlumatların yalan olduğunu söyləyib.

O deyib ki, hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır və məlumat toplanılır: "Yəqin ki, sabah üçün geniş açıqlama veriləcək. Bu tip xəbərləri indi də Türkiyədə yayımlanan media qurumları yayıblar. Ancaq bu xəbərlərin kökü Azərbaycana bağlıdır. Həmin xəbərlər Azərbaycanda yayılmış xəbərlərdir ki, indi də təkrar Türkiyədə yayımlanır. Yəni bu xəbərləri Azərbaycan mediası Türkiyəyə, Türkiyə mediası isə bura yayır. Ümumilikdə isə baxırsan ki, eyni xəbərlərdir. Həmin xəbərlərin mənbəyi də buradadır. Mən bu cür xəbərləri yalan hesab edirəm. Bu, çox çirkin oyundur. Heç də yaxşı hal deyil. Yaşanan bu proses mənə heç də yaxşı təsir etmir. Yəqin ki, Azərbaycanın Təhsil Nazirliyi və ya digər hər hansı qurumunun bu məsələ ilə bağlı açıqlaması olacaq".

Qafqaz Universitetinin adının dəyişdiriləcəyi barədə yayılan məlumatlara da toxunan A.Saniç bu barədə xəbərlərin yalan olduğunu söyləyib: "Bunların hamısı yalandır. Qafqaz Universitetinin adı dəyişdirilmir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.