Azərbaycan Təhsil Nazirliyi ölkənin ucqar kənd məktəblərində işləyən gənc müəllimlərin şəraitinin yaxşılaşdırılması üçün həyata keçirməyi planlaşdırdığı tədbirləri açıqlayıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə bir sıra həvəsləndirmə tədbirləri tətbiq olunur. Həmin tədbirlər müəllimlərə yol, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsidir.
Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislər üçün isə sadalanan həvəsləndirmə tədbirləri ilə yanaşı, hər ay əməkhaqqına 70 manat əlavə olunur.
Nazirlikdən bildirilib ki, "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası istiqamətində ilkin mərhələdə ucqar kənd məktəblərində işləyən müəllimlər üçün nəzərdə tutulan həvəsləndirmə tədbirləri gücləndiriləcək. Sonrakı mərhələdə isə həmin müəllimlərin əməkhaqqı sisteminin yaxşılaşdırılması və belə məktəblər üçün əlavə maliyyələşdirmə mexanizmi tətbiq ediləcək.
Nazirlik hesab edir ki, bu tədbirlərin nəticəsində müsabiqə ilə orta məktəblərə işə qəbul olunmuş müəllimlərin iş yerlərindən imtina etməsi kimi məsələlər həll ediləcək.
Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunan ucqar kənd məktəbinə göndərilən gənc mütəxəssis həmin məktəbdə 3 il işləməyə məcburdur. Üç ildən sonra iş yerini dəyişmək barədə nazirliyə müraciət edə bilər.
Milli.Az
Cəmiyyət
Kənd müəllimlərimizin vəziyyəti necə yaxşılaşdırılacaq?
21 Aprel 2014 16:18
0 Şərh
Baxış: 751
DİGƏR XƏBƏRLƏR
- Benzinlə işləyən avtomobilə dizel vuruldu - Maşın bu hala düşdü - VİDEO
- Deputat: “İşsiz kişi aliment pulunu necə ödəyəcək?”
- Boşanmaların əsas səbəbləri açıqlandı
- Günün qoroskopu: Evdə qalın, kiçik ev işləri ilə məşğul olun
- Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - AÇIQLAMA
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
XƏBƏR LENTİ
- Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər
- 1901-ci ildən bəri yanan lampa: 123 illik TARİXİ var
- Sabah bu rayonda qaz olmayacaq
- Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI
- Bunlar sübut edir ki, helikopter... - "Əgər havada vurularaq yerə düşmüş olsaydı..." - VİDEO
- Moskvada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
- Qarğıdalı alanda bunlara DİQQƏT EDİN
- İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq
- Ərdoğan Rəisinin vəzifəsini yerinə yetirən Müxbirlə danışdı
- Yeganə Axundova Talinn şəhərində konsert proqramı ilə çıxış edib - FOTOlar
- Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlandı
- ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
- Benzinlə işləyən avtomobilə dizel vuruldu - Maşın bu hala düşdü - VİDEO
- Rəisini daşıyan helikopterdəki bir nəfər qəzadan sonra 1 saat sağ qalıb - FOTO
- "Onu 40 il gözləmişəm"
- Hüseyn Əmir Abdullahiyan kimdir? - 60 yaşlı nazirin FACİƏLİ SONU
- Ərdoğan İlham Əliyevə zəng edib
- Ən qəddar cinayətkarın keçmiş arvadı münasibətlərindən DANIŞDI
- Hidayət tarix yazdı - Dünya çempionu! - FOTO
- Türkan canlıda Vəfaya SATAŞDI: "Ağzınızı cıraram..." - VİDEO
- İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
- İranda qəzada ölən valinin yerinə TƏYİNAT
- Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər
- Corcina Ronaldo ilə yataqdan fotosunu paylaşdı - FOTO