Cəmiyyət

Azərbaycanda yeni tibbi mərkəz yaradılacaq?

18 Aprel 2014 14:27
Baxış: 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda elmi-tədqiqat işlərinin aparılması üçün Kök Hüceyrələr Mərkəzinin yaradılması təklif edilir

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş bu gün keçirilən ümumi yığıncağında çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov bildirib ki, bu gün dünyada kök hüceyrələri ilə bağlı çox böyük elmi-tədqiqat işləri aparılır və alınan nəticələr təbabətdə tətbiq olunur.

Ə.Əmiraslanov deyib ki, Azərbaycanda da Kök Hüceyrələr Mərkəzinin yaradılmasının vaxtı çatıb: "Çox istərdik ki, Elmin İnkişafı Fondu gələcək illərdə bu mərkəzin yaradılmasını öz layihələrində nəzərdə tutsun. Burada işləmək üçün artıq mütəxəssislərimiz var. Təkcə İstanbulda 10 belə mərkəz fəaliyyət göstərir. Azərbaycanda da belə bir mərkəzə ciddi ehtiyac var".

Rektor qeyd edib ki, Elmin İnkişafı Fondunun dəstəyi ilə artıq Azərbaycanda Elmi Mikroskopik Mərkəz yaradılıb. Bunu çox uğurlu addım sayan akademik əlavə edib ki, həmin mərkəzdən yalnız akademiyanın alimləri deyil, Səhiyyə Nazirliyinin, Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları, müxtəlif klinikalar istifadə edə bilirlər.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda gənclərin elmə cəlb edilməsi məqsədilə onlar üçün ayrıca adlı mükafatların və AMEA səviyyəsində qrantların ayrılması yaxşı olardı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.