Azərbaycan Milli Məclisində Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi təklif olunub. Trend-in məlumatına görə, bu təkliflə iqtisadçı deputat Vahid Əhmədov çıxış edib.
Deputat Hesablama Palatasının aşkar etdiyi qanunazidd əməlləri törədənlərin bəzi dövlət qurumlarında cəzalandırmağının vacibliyini bildirib.
Onun sözlərinə görə, Palata 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntularına rast gəlib.
Millət vəkili qeyd edib ki, Palata tərəfindən aşkar olunan korrupsiya faktları ilə bağlı ibtidai istintaqın aparılması üçün ona səlahiyyət verilməsini istəyib və bunun Palatanın fəaliyyəti üçün məhsuldar olacağını bildirib.
Palataya səlahiyyətlərin verilməsi üçün eyni təkliflə deputat Zahid Oruc da çıxış edib.
Hesablama Palatası 2013-cü ildə 75 yoxlama həyata keçirib. Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2013-cü ildə fəaliyyəti ilə bağlı hesabatını Milli Məclisdə təqdim edərkən deyib.
V.Gülməmmədovun sözlərinə görə, bu yoxlamalardan 5-i dövlət büdcəsinin gəlirlərindən istifadə, 59-u dövlət qurumlarında büdcə vəsaitlərinin istifadəsi, 7-si Dövlət Torpaq fondundan istifadə, 4-ü isə büdcədən kənar fondlardan istifadə ilə bağlı olub.
Audit tədbirlərinin əhatə dairəsinin genişləndiyini deyən V.Gülməmmədov qeyd edib ki, aparılmış audit tədbirlərinin nəticəsində müəyyən edilən ayrı-ayrı istiqamətlər üzrə xas olan nöqsanlara dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün ştat vahidlərinin normativ aktlarda təsbit edilmiş həddinə əməl edilməməsi, orta məktəblərdə tarifləşmənin, ali məktəblərdə elmi adlara görə əlavələrin düzgün müəyyənləşdirilməməsi, səhiyyə və mədəniyyət sahəsində ştat saylarının düzgün müəyyən edilməməsi, mənzil-kommunal təsərrüfatı sahəsində normativlərin düzgün tətbiq edilməməsi, zərərin və gəlirlərin düzgün hesablanmaması, xidmət haqlarının vaxtında və tam olaraq yığılmaması və vəsaitlərin qeyri-səmərəli istifadəsi, tikinti işlərinin aparılması zamanı layihə-smeta sənədlərinə uyğun işlərin görülməməsi, layihə-smeta sənədlərinin vaxtında ekspertizadan keçirilməməsi, işlər tam görülmədən müqavilə və ödənişlərin tam aparılması və s. daxildir.
Audit aparılan təşkilatlarda aşkarlanan bəzi ümumi nöqsanlar barədə danışan V.Gülməmmədov qeyd edib ki, belə nöqsanlara vəsaitlərinin vahid büdcə təsnifatına uyğun istifadə edilməməsi, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlər yönəldilməsi, debitor borcların vaxtında bağlanmaması və s. kimi halları aid etmək olar.
V.Gülməmmədov bildirib ki, hesabat ilində audit tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 254 nəfər məsul şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iltizam tənbehi tətbiq edilib.
Daha sonra hesabat müzakirə edilərək qəbul edilib.
Milli.Az
Cəmiyyət
Hesablama Palatasına əlavə səlahiyyətlər veriləcək?
18 Aprel 2014 14:09
Baxış: 587
DİGƏR XƏBƏRLƏR
- Benzinlə işləyən avtomobilə dizel vuruldu - Maşın bu hala düşdü - VİDEO
- Deputat: “İşsiz kişi aliment pulunu necə ödəyəcək?”
- Boşanmaların əsas səbəbləri açıqlandı
- Günün qoroskopu: Evdə qalın, kiçik ev işləri ilə məşğul olun
- Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - AÇIQLAMA
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
XƏBƏR LENTİ
- Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI
- Bunlar sübut edir ki, helikopter... - "Əgər havada vurularaq yerə düşmüş olsaydı..." - VİDEO
- Moskvada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
- Qarğıdalı alanda bunlara DİQQƏT EDİN
- İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq
- Ərdoğan Rəisinin vəzifəsini yerinə yetirən Müxbirlə danışdı
- Yeganə Axundova Talinn şəhərində konsert proqramı ilə çıxış edib - FOTOlar
- Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlandı
- ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
- Benzinlə işləyən avtomobilə dizel vuruldu - Maşın bu hala düşdü - VİDEO
- Rəisini daşıyan helikopterdəki bir nəfər qəzadan sonra 1 saat sağ qalıb - FOTO
- "Onu 40 il gözləmişəm"
- Hüseyn Əmir Abdullahiyan kimdir? - 60 yaşlı nazirin FACİƏLİ SONU
- Ərdoğan İlham Əliyevə zəng edib
- Ən qəddar cinayətkarın keçmiş arvadı münasibətlərindən DANIŞDI
- Hidayət tarix yazdı - Dünya çempionu! - FOTO
- Türkan canlıda Vəfaya SATAŞDI: "Ağzınızı cıraram..." - VİDEO
- İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
- İranda qəzada ölən valinin yerinə TƏYİNAT
- Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər
- Corcina Ronaldo ilə yataqdan fotosunu paylaşdı - FOTO
- İran səfirliyinin önünə gül dəstələri düzüldü - FOTO
- Türkiyəli nazir: Rəisinin vertolyotunda siqnal sistemi ya sönülü olub, ya da ümumiyyətlə olmayıb
- Xalq artisti: "Həmin rəqqasələr pula görə özlərini alçaldırlar"