Cəmiyyət

"Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları" qəbul edildi

7 Aprel 2014 17:38
Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları" qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilib.

Komissiyanın 10 fevral 2014-cü il tarixli qərarı ilə "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilib və 22 fevral 2014-cü il tarixdən qüvvəyə minib.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Forması" əsasında aparılır.

Qiymətləndirmə nəticəsində dövlət qulluqçusu barəsində həvəsləndirmə tədbirlərinin görülməsi, o cümlədən fərdi qaydada mükafatlandırılması, rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, dövlət qulluqçusunun iş fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, dövlət qulluqçusunun digər analoji vəzifəyə keçirilməsi nəzərdə tutulub.

"Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları" və "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Forması" Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.