Cəmiyyət

Bakının aeroport yolunda fantastik sürət: 250 km/saat - VİDEO

7 Aprel 2014 16:59
9 Şərh     Baxış: 4 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentində üç azərbaycanlı gəncin aeroport şossesindəki yarışması geniş müzakirə olunur. 

Videodan aydın görünür ki, sürətə görə bəhsə girənlərin maşınları Nissan GTR R35 AMS700 ALPHA, Corvette Z06 Tuned və Cadilac CTS-V Hennessey-dir. 

Maşınlardan birinin spidometri göstərir ki, avtomobillər saatda 250 km sürətlə hərəkət edirlər. Bu da kobul qayda pozuntusudur. Yoldakı radarlar da bu ekstrim həvəskarları üçün narahatlıq yaratmır. 

Milli.Az xəbər verir ki, Day.Az saytı məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlqələr Şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. 

"Mən bu videonu görməmişəm. Ancaq deyə bilərəm ki, aeroport şossesində icazə verilən maksimal sürət həddi 120 km/saatdır. Əgər sürücülərdən hansısa sürət həddini aşırsa, sözsüz ki, yol hərəkəti qaydalarının pozulmasıdır. Əgər maşınların nömrələri görünürsə, sürücülərə qarşı müvafiq tədbirlər görüləcək", - V.Əsədov bildirib. 

Respublika  Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlqələr Şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, aeroport yoluda avtomatik rejimdə işləyən radarlar quraşdırılıb. 

"Yollarda hətta radarların olduğu barədə də nişan quraşdırılıb. Sürət həddi aşıldıqda, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar, - o qeyd edib. 


Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.