Cəmiyyət

Həcc ziyarətinə gedəcək zəvvarlara paylanacaq qurbanlıq qoyunlar ucuzlaşıb

7 Aprel 2014 15:17
1 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandan bu il Həcc ziyarətində olacaq zəvvarlara paylanacaq qurbanlıq qoyunların qiymətləri açıqlanıb

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, azərbaycanlı zəvvarlara təqdim olunacaq qurbanlıq qoyunların qiyməti çəkisindən asılı olaraq 120-140 ABŞ dolları olacaq.

Qoyunların qiyməti Həcc səfəri üçün ödənilən məbləğə daxil deyil, əlavə olaraq ayrıca ödəniləcək. Ötən il qurbanlıq qoyunların qiymətləri azərbaycanlı zəvvarlar üçün 150 dollar olub.

Qeyd edək ki, Azərbaycanda fevralın 13-dən etibarən bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Azərbaycanlı zəvvarların uçuşlarını ASAS (Advance Spesial Aviation Service) avia şirkəti həyata keçirəcək.

Sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.