Cəmiyyət

Əgər bu dünyanın Allah qatında ağcaqanadın...

7 Aprel 2014 19:16
5 Şərh     Baxış: 1 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər bu dünyanın Allah qatında ağcaqanadın qanadı qədər dəyəri olsaydı, Allah bu dünyada kafirlərə bir qurtum su belə içirtməzdi" kəlamının mənası nədir? 

Milli.Az İslam.az-a istinadən bildirir ki, bu hədis Həzrət Mühəmməd Peyğəmbərin (s) Əbuzərə vəsiyyətlərindəndir. Hədisdə "ağcaqanad qanadı" ifadəsi ən kiçik və dəyərsiz əşya mənasında işlədilib. Qurani-kərimdə də ağcaqanad ən xırda canlı kimi göstərilib (Bəqərə, 26).

Hədisin mənası qısa şəkildə belədir: Allah həm bu dünyada, həm də axirətdə öz bəndələrinə mərhəmətlidir. Bu dünyada Allah bir kəsə nemət verəndə möminlə kafir, salehlə fasiq arasında fərq qoymur. Allah hamının ruzisini yetirir, bəzən günahkarların və haramxorların dolanışığı daha yaxşı olur. Amma axirətdə yalnız möminlərə və əməlisalehlərə rəhm ediləcək. Kafirlər və günahkarlar isə cəza alacaqlar. Deməli, bu dünyada qazanılan sərvətlər Allahın yanında qiymətli deyil. Əsil dəyəri olan axirətdəki mükafatdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.